top
Azər Bağırov dırnaqarası fanatları tənqid etdi Sport24.az
02 may 2026, 20:09
- ↺ +

Azər Bağırov "dırnaqarası" fanatları tənqid etdi

Misli Premyer Liqasının XXX turunun "Kəpəz" – "Sumqayıt" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

 

– Maraqlı oyun alındı. Matç bizim üçün yaxşı başlaya bilərdi, amma qol vura bilmədik. Kuryoz qollar buraxırıq. Uşaqların hər birinə təşəkkür edirəm ki, toparlandılar və geridönüş etdilər. Fanatlarımıza sağ ol deyirəm – daim bizim yanımızdadırlar. Dırnaqarası azarkeşlərimiz də var ki, qələbə qazananda belə min bir bəhanə axtarırlar. Əziyyətə dəyər verilmir.

 

– Söhbət var idi ki, məğlub olsaydınız, istefa şüarları səslənəcəkdi…

 

– Xeyr. Əsl "Kəpəz" azarkeşləri bilir ki, Azər Bağırov hansı vəziyyətdə komandanı götürüb. Xal yox idi, legioner çatışmazlığı yaşayırdıq. Cəmi bir əcnəbi transfer etdik, Cefferson da Azərin səhvinə görə getməyib. Gənc oyunçularla yolumuza davam etdik. Hansısa fanatın "istefa" qışqırması mənim üçün önəmli deyil.

– Ardıcıl 4 məğlubiyyətə səbəb nə idi?

 

– Komandamızın ehtiyat qüvvəsi yoxdur. Bir oyunçu zədələndə eyni anda üç mövqeni dəyişməli oluruq. Bu işləri əsl azarkeşlər görür. Amma dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri "vursunlar".

 

– Sonuncu olmayacağınız dəqiqləşdi. İndi qarşıda pley-offa düşməmək lazımdır…


– Liqada qarşılaşdığımız komandalara "başağrısı" olmuşuq. Turnir cədvəlində kimin hansı yerdə olmasına baxmırıq. Cüzi səhvlərdən qol buraxmasaq, qələbələrimiz də gələcək. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha yaxşı olacağıq.

 

– Buraxdığınız qola bəxtsizlik, ya qapıçı səhvi demək olar?

 

– Rikoşet oldu, amma vacib məqam bu gün Yusifin qapıda olması və futbolçulara inam verməsidir. O, bəzi anlarda səhvləri siğortalayır.

 

– Rəqib həmkarınız ilk qolunuzda penalti olmadığını dedi. Siz nə düşünürsünüz?

– Əksini desək, düzgün olmaz. Çempionlar Liqasına baxsaq və ordakı penaltilərə nəzər yetirsək, çox suala özümüz cavab tapacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər