top
Aston Villa Avropa Liqasını qazansa, Çempionlar Liqasındakı yerini necə itirə bilər? - İCMAL Idman.biz
20 may 2026, 18:07
- ↺ +

"Aston Villa" Avropa Liqasını qazansa, Çempionlar Liqasındakı yerini necə itirə bilər? - İCMAL

Bu gün İstanbulda keçiriləcək futbol üzrə Avropa Liqasının finalı təkcə "Aston Villa" və "Frayburq"un taleyinə deyil, həm də növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqələrin bölgüsünə təsir göstərə bilər.

İdman.Biz xəbər verir ki, UEFA-nın reqlamentinə əsasən, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanır. Lakin "Aston Villa" ilə bağlı vəziyyət daha mürəkkəbdir. Belə ki, İngiltərə klubu artıq Premyer Liqa vasitəsilə əsas avrokuboka düşmək zonasındadır.

Hazırda "Aston Villa" Premyer Liqada 62 xalla dördüncü pillədə qərarlaşıb. Ondan sonra 59 xala malik "Liverpul" gəlir. Mersisayd təmsilçisinin top fərqi daha yaxşı olduğundan, son turda Unai Emerinin komandasını qabaqlamaq şansı qalır.

Məhz "Aston Villa"nın yekun mövqeyi İngiltərənin əlavə beşinci vəsiqəsinin kimə çatacağını müəyyən edəcək. Burada əsas məqam ondan ibarətdir ki, Avropa Liqasının qalibinə verilən yer və İngiltərənin avrokuboklardakı uğurlu çıxışına görə qazandığı əlavə kvota fərqli mexanizmlərlə bölüşdürülür.

Əgər "Aston Villa" Avropa Liqasını qazansa və Premyer Liqanı dördüncü sırada başa vursa, klub artıq çempionat vasitəsilə Çempionlar Liqasının iştirakçısı sayılacaq. Bu halda Avropa Liqasının qalibi üçün nəzərdə tutulan yer boş qalacaq və Premyer Liqanın altıncı komandasına yox, Çempionlar Liqasının seçmə mərhələsi iştirakçıları arasında ən yüksək əmsala malik kluba veriləcək. Hazırda bu klub Lissabon "Sportinq"idir.

Bununla yanaşı, Premyer Liqanın beşinci komandası da Çempionlar Liqasına vəsiqə əldə edəcək. Bu yer İngiltərənin avrokuboklarda ümumi çıxışına görə qazandığı European Performance Spot - əlavə kvota hesabına verilir. Yəni "Aston Villa" mövsümü dördüncü pillədə başa vursa, İngiltərə Çempionlar Liqasında beş klubla təmsil olunacaq.

Tam fərqli vəziyyət isə "Aston Villa" Avropa Liqasını qazandığı halda son turdan sonra beşinci yerə düşərsə yaranacaq. Bu halda birmingemlilər Çempionlar Liqasına Avropa Liqasının qalibi kimi yüksələcək, İngiltərənin mövsümlük reytinqə görə qazandığı əlavə kvota isə "yanmayacaq" və Premyer Liqanın növbəti komandasına keçəcək. Məhz buna görə də belə ssenaridə İngiltərə çempionatında altıncı yer də Çempionlar Liqasına vəsiqə verəcək.

Hazırda bu mövqeyin əsas namizədi "Bornmut"dur. Lakin nəzəri baxımdan "Brayton"un da şansları qalır. Bu səbəbdən Avropa Liqasının finalı həmin klublar üçün də xüsusi əhəmiyyət daşıyır. Müəyyən nəticələr fonunda "Aston Villa"nın qələbəsi onlardan birinə Çempionlar Liqasının yolunu aça bilər.

Əgər finalda "Frayburq" qalib gəlsə, vəziyyət daha sadə olacaq. Almaniya klubu Avropa Liqasının qalibi kimi birbaşa Çempionlar Liqasına yüksələcək, İngiltərə çempionatının altıncı pilləsi isə əsas avrokuboka vəsiqə verməyəcək.

Beləliklə, Avropa Liqasının finalı təkcə İstanbulda kubok uğrunda mübarizə deyil. Bir matçın arxasında Çempionlar Liqasına vəsiqələrlə bağlı daha mürəkkəb intriqa da gizlənir. Və İngiltərə klubları üçün əlavə yerin taleyi yalnız "Aston Villa"nın qələbəsindən deyil, həm də Unai Emerinin komandasının Premyer Liqanı hansı pillədə başa vuracağından asılıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Oxşar xəbərlər