top
Xuan Pablo Montoya: Müasir Formula-1 Əvvəlkindən Daha Maraqlıdır Idman.biz
08 may 2026, 11:45
- ↺ +

Xuan Pablo Montoya: Müasir "Formula-1" Əvvəlkindən Daha Maraqlıdır

"Formula-1" üzrə yeddi Qran-pri qalibi Xuan Pablo Montoya indiki yarışları əvvəlki dövrlə müqayisə edən azarkeşlərə cavab verib.

İdman.Biz xəbər verir ki, kolumbiyalı sabiq pilot bəzi azarkeşlərin onun çıxış etdiyi illəri daha yaxşı dövr kimi təqdim etməsi ilə razılaşmayıb. Montoya hesab edir ki, müasir "Formula-1" daha əyləncəli və rəqabətlidir. O, bu barədə "RacingNews365"ə açıqlamasında deyib.

Qeyd edək ki, "Formula-1" və FIA son vaxtlar daxiliyanma mühərriki ilə elektrik enerjisi arasında 50/50 güc bölgüsü tətbiq etdiyinə görə tənqid olunur. Bu dəyişikliklər batareya enerjisindən asılı ötmələrə səbəb olduğu üçün "yo-yo racing" (pilot bir dövrədə çox sürətli olur, növbəti dövrədə batareya enerjisi azaldığı üçün tempi düşür, sonra yenidən enerji toplayıb sürətlənir. Bu hərəkət yo-yo oyuncağının yuxarı-aşağı hərəkətinə bənzədildiyi üçün belə adlanır) kimi xarakterizə edilib. Aprel fasiləsində "Formula-1", mühərrik istehsalçıları və pilotlarla geniş müzakirələrdən sonra FIA qaydalarda dörd əsas istiqamət üzrə dəyişiklik edib. Bu yeniliklərin bir hissəsi sıralanma turlarını daha maraqlı etmək, digər hissəsi isə təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Sabiq pilot bildirib ki, veteran sürücülər adətən öz dövrlərini tənqid etmirlər. Amma onun fikrincə, 2000-ci illərin əvvəllərindəki "Formula-1" indiki qədər baxımlı deyildi. Montoya indiki mərhələnin əsas üstünlüyü kimi "Mercedes", "Maklaren", "Ferrari" və "Red Bull"un qələbələr, podiumlar və titul uğrunda mübarizə aparmasını göstərib.

O, keçmiş dövrlə bağlı fikrini belə izah edib:

"Hər zaman şikayət etmək olar. Amma biz də maşının 950 at gücünə malik olduğu, 600 kiloqram çəkdiyi və yapışqan təkərlərlə yarışdığımız vaxtlarda şikayət edirdik. Hamı deyir ki, bunlar ən yaxşı yarış maşınları idi, amma yarışlar dəhşətli idi. Keçən gün biri mənə dedi: "Bilirsən, sənin dövrün daha yaxşı idi". Mən cavab verdim: "Sən həqiqətən mənim dövrümdən bir yarışa baxmısan və onun nə qədər darıxdırıcı olduğunu görmüsən?" İndiki yarışlar əyləncəlidir. Məncə, indi həqiqətən xüsusi dövrdəyik. Çünki yarış qazana bilən dörd komanda var və bu, çox tez-tez rast gəlinən hal deyil".

Beləliklə, Montoya nostalji ilə yanaşan azarkeşlərin fikrini bölüşmür. Onun qənaətinə görə, texniki mübahisələrə və qaydalarla bağlı narazılıqlara baxmayaraq, indiki "Formula-1" rəqabət və tamaşa baxımından daha cəlbedici mərhələyə daxil olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Qarabağ FK
Dünən, 22:55

"Qarabağ" çöküş sahəsində – hələ bu kimi bir vəziyyət görünməyib

Oxşar xəbərlər