"Red Bull"un keçmiş məsləhətçisi Helmut Marko dördqat "Formula-1" çempionu Maks Ferstappenin komanda ilə müqaviləsini uzatmasının əhəmiyyətindən danışıb.
Sportify.az xəbər verir ki, Markonun fikrincə, niderlandlı pilotun komandada qalmaq qərarı "Red Bull"a vəziyyəti sabitləşdirmək və gələcək inkişaf üçün zəmin yaratmaq imkanı verib.
"Əgər mövsümü yüksək formada başa vurursansa, bu, “Red Bull”da mövcud olan zəif tərəfləri gizlədə bilər. Maks mövsüm ərzində bir neçə dəfə uğursuz dövrlərdən şikayətlənmişdi. Lakin onunla müqavilənin uzadılması komandaya yenidən düzgün istiqamətdə irəliləmək imkanı verdi", – deyə Markonun sözlərini "Kronen Zeitung" nəşri yayıb.
Qeyd edək ki, Ferstappen "Red Bull"la 2030-cu ilin sonuna qədər müqavilə imzalayıb.