"Şəfa" "Neftçi" ilə oyunu "Baku Arena"da keçirə bilər.
Paytaxt təmsilçisi hazırda adıçəkilən arenada son tamamlanma işlərini həyata keçirir.
Klubun əməkdaşları stadionu növbəti ev oyununa çatdırmaq üçün səfərbər olunublar.
Bütün zəruri işlərin qarşılaşma gününə qədər yekunlaşdırılması nəzərdə tutulub.
"Şəfa" geridə qalan 12 tur ərzində ev oyunlarını Sumqayıtda yerləşən "SOCAR Polimer Arena"da keçirib.
Əvvəlki adı "Şəfa" olan stadion isə təmirə bağlanmışdı.
Arenada yenilənmə işləri çərçivəsində yeni süni örtük döşənib, eləcə də digər zəruri işlər görülüb. Hazırda son tamamlanma işləri aparılır.
Son anda hər hansı problem olmazsa "Şəfa" "Neftçi"ni "Baku Arena"da qəbul edəcək.
"Şəfa" - "Neftçi" oyunu 7 dekabr 19:00-da start götürəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ