Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Seru Qirassi ilə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun yeni sözləşməsinin 2030-ci ilin yayınadək qüvvədə olacağı gözlənilir.
Qvineya millisinin üzvü karyerasını Dortmund təmsilçisində davam etdirməyə müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, S.Qirassi 2024-cü ilin yayından "Borussiya"da çıxış edir. Onun Bundesliqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.