top
İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı Idman.biz
Bu gün, 17:31
- ↺ +

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

İspaniya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi "Sabah"la qarşılaşacaq "Barselona"nın ehtimal olunan start heyəti ilə bağlı proqnozlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, əsas müzakirələr müdafiə xəttində və yarımmüdafiədə seçiləcək futbolçular, eləcə də Lamin Yamalın yoxluğunda hücum xəttinin necə qurulacağı ətrafındadır.

BeSoccer nəşrinin versiyasına görə, Kataloniya təmsilçisi meydana 4-3-3 sxemi ilə çıxacaq. Qapıda Xoan Qarsiya, müdafiədə Jül Kunde, Erik Qarsiya, Jerar Martin və Joau Kanselu yer alacaqlar. Yarımmüdafiə üçlüyünü Fermin Lopes, Frenki de Yonq və Pedri təşkil edəcək. Hücum xəttində isə Kərim Adeyemi, Rafinya və Entoni Qordonun çıxış edəcəyi gözlənilir.

"Eurosport"un İspaniya redaksiyası da oxşar heyət proqnozlaşdırıb. Lakin bu nəşr Kunde əvəzinə Pau Kubarsinin start heyətində yer alacağını ehtimal edir. Belə olan halda, Erik Qarsiya sağ cinah müdafiəçisi mövqeyində oynayacaq.

İspan dilli "Goal" nəşri isə daha ciddi rotasiya ehtimalını nəzərdən keçirir. Onun proqnozuna əsasən, Brayan Farinas, Qavi və Qabriel Jezus ilk dəqiqələrdən meydana çıxa bilərlər. Frenki de Yonq və Adeyeminin isə start heyətindən kənarda qalacağı gözlənilir.

"Mundo Deportivo" nəşrinin jurnalisti Mario Rios Lamin Yamalın yoxluğunda hücum xəttinin formalaşdırılması ilə bağlı üç variantı nəzərdən keçirib. Birinci variantda Adeyemi sağ cinahda, Qordon sol cinahda, Rafinya isə mərkəz hücumçusu mövqeyində çıxış edəcək. Digər iki variantda braziliyalı futbolçu sağ cinaha çəkiləcək, mərkəz hücumçusu mövqeyində isə Dani Olmo və ya Qabriel Jezus oynayacaq.

Maraqlıdır ki, fikir ayrılıqlarına baxmayaraq, BeSoccer, "Eurosport" və "Goal" yeddi futbolçunun start heyətində yer alacağı ilə bağlı eyni mövqedədir. Bunlar Xoan Qarsiya, Jerar Martin, Joau Kanselu, Pedri, Fermin Lopes, Rafinya və Entoni Qordondur.

Bununla yanaşı, üç nəşrin heç biri Dani Olmonu ehtimal olunan start heyətinə daxil etməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Dörd turdan sonra 9 xala malik Kataloniya klubu turnir cədvəlində beşinci, 3 xalı olan Azərbaycan təmsilçisi isə 31-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Oxşar xəbərlər