2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişə bilər. “Motorsport”un FIA və Formula-1-in planlarına istinadən yaydığı məlumata görə, hər bir mühərrik istehsalçısı maksimum iki komandaya, o cümlədən öz zavod kollektivinə güc qurğuları təqdim edəcək.
Beləliklə, altı mühərrik istehsalçısının hər birinin bir zavod və bir müştəri komandası olacaq. Hazırkı istehsalçılar – "Mersedes", "Ferrari", "Red Bull-Ford", "Honda" və "Audi"yə "Kadillak" da qoşulmalıdır.
Bu plan həyata keçərsə, "Mersedes" iki müştəri komandasını itirəcək. Almaniya istehsalçısı hazırda öz zavod komandası ilə yanaşı, "Maklaren", "Uilyams" və "Alpin"i də mühərriklə təmin edir. "Ferrari"nin də müştəri komandalarının sayı azalacaq. Bununla belə, "Kadillak" onsuz da gələcəkdə öz güc qurğularına keçməyi planlaşdırır. Hazırda İtaliya istehsalçısı öz komandası ilə yanaşı, "Haas"ı da mühərriklə təmin edir.
Məlumata görə, FIA-nın Formula-1 komandaları ilə əlaqəsi olmayan müstəqil mühərrik istehsalçısını çempionata cəlb etmək ideyasından isə birdəfəlik imtina edilib.