Böyük Britaniyalı pilot Freddi Sleyter "Audi" komandasının heyətində "Formula-1" yarış həftəsonunda debüt edəcək.
İdman.Biz xəbər verir ki, 18 yaşlı pilot Mexiko və San-Paulu Qran-prilərinin ilk sərbəst yürüşlərində Almaniya komandasının bolidini idarə edəcək.
Sleyter "Audi"nin gənc pilotların inkişafı proqramının üzvüdür. O, cari mövsüm "Formula-3"də "Traydent" komandasının heyətində çıxış edib və şəxsi hesabda ikinci yeri tutub.
Britaniyalı sürücünün 2027-ci ildə "Formula-2"yə keçərək "İnvicta" komandasında yarışacağı gözlənilir.
"Formula-1" mərhələlərinin sərbəst yürüşlərində iştirak Sleyterin hazırlığında növbəti addım olacaq və ona dünya çempionatında istifadə edilən bolidlə iş təcrübəsi qazanmağa imkan verəcək.
Gənc pilot "Audi"nin bolidi ilə iki fərqli avtodromda trasa çıxacaq. Bununla belə, söhbət yalnız cümə günü keçiriləcək məşq yürüşlərindən gedir. Komanda onun təsnifat mərhələlərində və ya əsas yarışlarda iştirak edəcəyini açıqlamayıb.