Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub.
Bu barədə "Report"a Azərbaycan Triatlon Federasiyasından məlumat verilib.
O, Macarıstanın Tisauyvaroş şəhərində keçirilmiş yarışda iştirak edib.
B.Kərimov turnirdə hakim kimi fəaliyyət göstərməklə Azərbaycan triatlonu tarixində ilkə imza atıb.