İtaliyanın "Komo" klubunun ispaniyalı hücumçusu Alvaro Morata komandasını dəyişə bilər.
"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu baş məşqçi Sesk Fabreqasın planlarına daxil deyil və fəal şəkildə yeni komanda axtarır.
İspaniyalı forvardın xidmətində ABŞ-nin "Atlanta", İspaniyanın "Deportivo", "Xetafe", eləcə də Qətər, Səudiyyə Ərəbistanı və Meksikadan adları açıqlanmayan klublar maraqlıdırlar.
Qeyd edək ki, A.Morata karyerası ərzində İspaniyanın "Real", "Atletiko", İtaliyanın "Yuventus", "Milan", İngiltərənin "Çelsi" və Türkiyənin "Qalatasaray" komandalarında da çıxış edib. O, ötən mövsüm "Komo"nun heyətində keçirdiyi 26 oyunda fərqlənə bilməyib.