"Turan Tovuz" Rahil Məmmədovu transfer edib.
"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, son olaraq "Araz-Naxçıvan"ın formasını geyinən müdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomiak" klublarının da formasını geyinib.