Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək.
Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
İdmançı 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, yarış avqustun 5-dən 9-dək davam edəcək.