Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində "Xankəndi" klubu yaradılıb.
Bu barədə "Report"a AKF-nin mətbuat xidmətindən məlumat verilib.
Klubun rəhbəri və baş məşqçisi Murad Səmədzadə təyin olunub.
Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.
Qeyd edək ki. klub Xankəndi şəhərində fəaliyyət göstərəcək.