top
UFC ilk dəfə Azərbaycanda təşkil olunacaq Report.az
12 aprel 2025, 00:20
- ↺ +

UFC ilk dəfə Azərbaycanda təşkil olunacaq

İyunun 21-də Bakı Kristal Zalında "UFC Fight Night" baş tutacaq.

"Report" xəbər verir ki, Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill və Xəlil Raundtri Jr. üz-üzə gələcəklər.

UFC Fight Night™: Hill vs. Roundtree Jr. tədbiri üçün biletlər 25 aprel, saat 10:00-da "iTicket" platformasında satışa çıxarılacaq. "UFC Fight Club" üzvləri üçün erkən satış 23 aprel, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 apreldə başlayacaq.

Məlumata görə, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. İmzalanma mərasimi UFC 314: Volkanovski – Lopes döyüşündən öncə, Mayami şəhərində keçirilib.

Dana Vayt bildirib:
"Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm."

Gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib:
"UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib:
"Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik."

Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ) UFC-də 2025-ci ildə ikinci döyüşünə çıxacaq. O, "Dana White"s Contender Series" vasitəsilə UFC çempionluğuna gedən ilk idmançıdır. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək reytinqdə irəliləməyi hədəfləyir.

Xəlil Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 nəticəsiz; ABŞ) isə sonuncu dəfə UFC 307-də Aleks Pereyra ilə qarşılaşıb. Bu döyüş "Gecənin Döyüşü" seçilmişdi. Raundtri Jr. 13 qələbəsindən 9-nu nokautla qazanıb.

Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır.

Ağır çəki döyüşündə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC debütü edən Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır.

Digər döyüşlər aşağıdakılardır:

  • İsmayıl Naurdiyev (Mərakeş) – Çunyonq Park (Cənubi Koreya) – orta çəki
  • Hamdi Abdelvahab (ABŞ–Misir) – Məhəmməd Usman (ABŞ) – ağır çəki
  • İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa) – bantam çəki
  • Darya Jeleznyakova (Fransa–Rusiya) – Melisa Mallins (İngiltərə) – bantam çəki.
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda “Zəfər Kuboku” uğrunda at yarışları keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Futbol
Bu gün, 14:29

U-21 millisinin Lorenso Mezzotero Sampdoriyada qol vurdu

Futbol
Bu gün, 14:20

Pedro Porro'nu Barcelona və Real Madrid maraqlandırır

Futbol
Bu gün, 14:00

Kəpəz vs İmişli: İmişli 4 dəfə vurur, Kəpəz hələ də qolsuz

Futbol
Bu gün, 13:58

Levandovski MLS-də qolsuz seriyanı qırdı, Berhalter taktik qərarı izah etdi

Futbol
Bu gün, 13:47

Frenki de Yonqun mərkəz müdafiəsindəki çıxışı İspaniya mətbuatında qələbə qazanan "Barselona"da gözləniləndən yaxşı qiymətləndirilib

Futbol
Bu gün, 13:38

Kocaelispor, Sabah və Milli Komandaya Xidmət edən Müdafiəçini İstəyir

Oxşar xəbərlər