Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Suraxanı Atma Qovşağında atma növləri üzrə seçmə xarakterli sınaq keçirilib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Sınaq zamanı idmançılar nizə atma, lövhə atma və çəki atma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Seçmə prosesi 2027-ci ildə İstanbulda keçiriləcək komandalararası Avropa çempionatına, eləcə də digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq və idmançıların müəyyənləşdirilməsi məqsədi daşıyır.