Dünya Tennis Assosiasiyası (WTA) rusiyalı Darya Kasatkinanın idman vətəndaşlığını rəsmən dəyişib.
"Report" xəbər verir ki, dünyanın 12-ci raketkası bundan sonra Avstraliyanı təmsil edəcək.
27 yaşlı tennisçi idman vətəndaşlığını dəyişdiyini ötən həftə açıqlamışdı. D.Kasatkina Melburn şəhərində yaşamağı planlaşdırır.