top
Regionlarda velosiped idmanının inkişafı üçün pilot layihəyə start verildi - FOTO Idman.biz
05 iyul 2025, 23:21
- +

Regionlarda velosiped idmanının inkişafı üçün pilot layihəyə start verildi - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.

İdman.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək.

2025-ci ilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək bu təşəbbüsün rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib. O bildirib ki, bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqust ayında Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri barədə ətraflı təqdimatla çıxış edərək bildiriblər ki, bu təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, idmana marağı artırmaqla yanaşı, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma isə ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından olduqca vacib addımdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 01:50

Rəvan Musayev Dünya Köçəri Oyunlarında güləşdə gümüş medal qazandı

Güləş
Bu gün, 01:50

Rəvan Musayev VI Dünya Köçəri Oyunlarında güləşdə gümüş medal qazandı

Futbol
Bu gün, 00:39

Karim Rossi’nin emosional qol sevincinə görə sarı vərəq göstərildi

Futbol
Bu gün, 00:39

Karim Rossi'nin qolu və sevinc anı sarı vərəqə səbəb oldu - VİDEO

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 hesabına Kəpəzi məğlub etdi - Video

Futbol
Bu gün, 00:38

Şamaxı Kəpəz üzərində 4-1 qalib gəldi - Video

Futbol
Bu gün, 00:38

Kəpəz – Şamaxı matçının 1:4 nəticəsi - Video icmalı

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 qələbə qazandı - Video

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 qələbə ilə Kəpəzə məğlubiyyət verdi - Video

Futbol
Bu gün, 00:16

İsak Liverpoolda 15 ildə ən sürətli dublunu etdi

Tennis
Bu gün, 00:03

Arina Sobolenko marixuana iyinin güclü qoxusuna görə matçı dayandırdı

Tennis
Bu gün, 00:03

Arina Sobolenko US Open-də marixuana iyinin qoxusuna görə matçı dayandırdı

Futbol
Dünən, 23:49

Liverpool 18 yaşlı hücumçunu transfer etdi

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının video icmalı (2:1)

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 3 gollü video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qələbəsi – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının video icmalı (2:1)

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qalibiyyəti və 3 qol – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 3 gollü video icmalı

Futbol
Dünən, 23:37

PSJ Luis Enrike və beş oyunçunun müqavilələrini 2030‑2031-ci illərə qədər uzatdı

Futbol
Dünən, 23:37

PSJ baş məşqçisi Luis Enrike və beş oyunçu ilə müqavilələri uzatdı

Futbol
Dünən, 23:07

Qalatasaray, Başakşəhəri 3-2 hesabla məğlub etdi

Futbol
Dünən, 22:24

Barselona futbol klubunun gəlirləri tarixdə ilk dəfə 1 milyard avronu keçdi

Futbol
Dünən, 22:24

"Barselona" klubu tarixdə ilk dəfə 1 milyard avrodan çox gəlir qazandı

Oxşar xəbərlər