top
Ölkəmiz növbəti dəfə Vindzor Kral Atçılıq Şousunda uğurla təmsil olundu - FOTO/VİDEO Idman.biz
19 may 2025, 22:15
- ↺ +

Ölkəmiz növbəti dəfə "Vindzor Kral Atçılıq Şousu"nda uğurla təmsil olundu - FOTO/VİDEO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən "Vindzor Kral Atçılıq Şousu" uğurla başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından bu barədə açıqlama yayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılıb.

Görülmüş məqsədyönlü işlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca önəmli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu"nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Nümayəndə heyətimizin hər il təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin əvəzolunmaz tərkib hissəsinə çevrilib.

Heydər Əliyev Fondunun böyük dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının peşəkar təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi "Vindzor Kral Atçılıq Şousu"nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etmiş, onların marağına səbəb olub.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, "Sərhədçi" rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanıb. Hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən iki dəyərli sənət nümunəsi də təqdim edilib, Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanıb. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilmiş, rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburq hersoqu Şahzadə Edvarda təqdim olunub.

Tədbirin kulminasiya nöqtəsində "Land of Fire – Azerbaijan" polo komandası Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən "Guards" polo komandası üzərində 12:10 hesablı parlaq qələbə qazanıb.

Qarşılaşmanın sonunda Beynəlxalq Polo Federasiyasının prezidenti cənab Reto Gaudenzi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev arenada "Land of Fire – Azerbaijan" komandasını təbrik etmiş, bununla da mötəbər tədbir başa çatıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Oxşar xəbərlər