top
“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq” Idman.biz
Bu gün, 02:34
- ↺ +

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

"Neftçi" basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda İsveçrənin "Fribur Olimpik" komandasına 73:78 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis yetirmələrinin yalnız ilk periodda lazımi səviyyədə çıxış etdiyini söyləyib.

"Düşünürəm ki, bu gün yalnız ilk on dəqiqədə yaxşı basketbol oynadıq. Matça çox uğurlu başladıq, həm hücumda, həm də müdafiədə demək olar ki, səhvə yol vermədik. Hücumda yaratdığımız bütün əlverişli mövqelərdən səmərəli istifadə etdik.

Lakin ikinci perioddan başlayaraq görüşün sonunadək həddindən artıq çox səhv etdik. Xüsusilə səfər matçında 19 dəfə top itirmək yolverilməzdir. Hücum üçün kifayət qədər yaxşı imkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Üçxallıq atışlardakı qeyri-dəqiqlik səbəbindən yenə çox xal itirdik. Müdafiədən hücuma keçid zamanı, xüsusilə fərdi müdafiədə çox zəif çıxış etdik. Rəqibə təkbətək vəziyyətlərdə sərbəst hərəkət etməyə imkan verdik və lazımi müqaviməti göstərə bilmədik", - deyə Vasiliadis bildirib.

Baş məşqçinin sözlərinə görə, görüşün böyük hissəsində uğursuz çıxış etmələrinə baxmayaraq, hesabdakı kiçik fərq komandanın potensialından xəbər verir:

"Əslində, təxminən 30 dəqiqə pis oynadıq, amma buna baxmayaraq, cəmi beş xal fərqi ilə məğlub olduq. Bu, komandamızın potensialının və istedadının olduğunu göstərir. Problem ondadır ki, bütün 40 dəqiqə ərzində lazımi psixoloji hazırlığı və diqqəti qoruyub saxlaya bilmirik. Məhz bunun üzərində işləməliyik. İnkişaf etməli və daha yaxşı olmalıyıq".

Vasiliadis komandanın yaxın planlarından və Azərbaycan çempionatında "Gəncə" ilə keçiriləcək qarşıdakı oyuna hazırlıqdan da danışıb:

"Cümə günü məşqdə buraxdığımız səhvləri ətraflı təhlil edəcəyik ki, hər bir oyunçu öz çatışmazlıqlarını aydın başa düşsün. Bundan sonra diqqətimizi çempionatda "Gəncə" ilə oyuna yönəldəcəyik. Bu, bizim üçün çox vacib görüşdür. Qələbə qazanmaq və ölkə çempionatında ardıcıl üçüncü uğurumuza imza atmaq istəyirik", - deyə "Neftçi"nin baş məşqçisi fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Oxşar xəbərlər