"Mançester Yunayted" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Komo" ilə qarşılaşmada İngiltərə futbolu tarixinin arzuolunmaz rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, Maykl Karrikin rəhbərlik etdiyi komanda İtaliya təmsilçisi ilə görüşün ikinci dəqiqəsində qapısında qol görüb. Meydan sahiblərinin heyətində Niko Pas fərqlənib.
"Opta" statistik portalının məlumatına görə, bununla da "Mançester Yunayted" ardıcıl iki böyük avrokubok qarşılaşmasının ilk iki dəqiqəsində qol buraxan tarixdə ilk İngiltərə klubu olub.
"Qırmızı şeytanlar" Çempionlar Liqasının əvvəlki turunda "Atletiko" ilə matçda da erkən qol buraxmışdı. Həmin görüşün birinci dəqiqəsində Pablo Barrios fərqlənmişdi.
Qeyd edək ki, "Mançester Yunayted" "Komo" ilə qarşılaşmaya qədər mövsümün ilk on oyununda cəmi iki qələbə qazanmışdı.