top
Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır Idman.biz
Dünən, 22:55
- ↺ +

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və FIFA festivalına hazırlığın başa çatdığını açıqlayıb. Ali futbol qurumunun rəhbəri tarixi yarışın bütün dünyaya mühüm mesaj olduğunu vurğulayıb.

İdman.Biz xəbər verir ki, İnfantino sosial şəbəkə hesabında paylaşım edərək dünyanın müxtəlif ölkələrindən 189 komandanın Azərbaycanda bir araya gələcəyini bildirib.

FIFA prezidenti turnirin əhəmiyyətini belə qiymətləndirib:

"Dünyanın hər yerindən 189 komandanın bir araya gəldiyi Bakıda 15 yaşadək futbolçular arasında ilk FIFA dünya çempionatı və festivalının keçirilməsi üçün hər şey hazırdır.

Bu tarixi turnir futbolun harada yaşamasından asılı olmayaraq hər kəsə məxsus olduğuna dair bütün dünyaya güclü mesajdır. Uşaqların gələcəyinə sərmayə yatırmaqla və futbola olan ortaq sevgimiz vasitəsilə insanları birləşdirməklə biz sevinc bəxş edir, arzuların gerçəkləşməsinə kömək edirik".

İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfin və qurumun əməkdaşlarının gördükləri işi də yüksək qiymətləndirib:

"Dostum, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfi və AFFA-nın bütün komandasını gördükləri böyük işə və futbola bağlılıqlarına görə təbrik edirəm.

Hazırda Azərbaycanda olan bütün futbolçulara, məşqçilərə və əməkdaşlara uğurlar arzulayıram. Hər anın dadını çıxarın və tarix yazın!"

FIFA turnirin təşkilati hazırlığı ilə bağlı diqqətçəkən məlumat da yayıb. Qurumun bildirdiyinə görə, dünya çempionatının oyunlarının böyük hissəsinin keçiriləcəyi Hövsan yarış kompleksi cəmi 66 gün ərzində inşa olunub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan U-15 dünya çempionatı və FIFA festivalının yekun qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Dünən, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Dünən, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Dünən, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Dünən, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Dünən, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Dünən, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Dünən, 20:27

Trent sabiq klubuna qayıda bilər

Oxşar xəbərlər