top
İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər Idman.biz
Bu gün, 18:52
- ↺ +

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Qadın basketbolu üzrə Azərbaycan millisinin baş məşqçisi, eyni zamanda bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru İoannis Diamantakos ölkədə bu idman növünün inkişafı üçün uzunmüddətli proqram həyata keçirildiyini bildirib.

İdman.Biz xəbər verir ki, yunanıstanlı mütəxəssis ölkəsinin Basketbol Məşqçiləri Assosiasiyasının (SEPK) saytına müsahibəsində əsas hədəfin aşağı yaş qruplarından başlayaraq güclü milli komandalar formalaşdırmaq olduğunu vurğulayıb.

Diamantakosun sözlərinə görə, proqramın əsas məqsədlərindən biri hazırkı U-14 millisinin qarşıdakı beş il ərzində daha yüksək səviyyəyə çatması və gələcəkdə B divizionundan yüksəlməsidir.

"Əsas məqsəd indiki U-14 milli komandasının qarşıdakı beş il ərzində Azərbaycanı daha yüksək səviyyədə təmsil edə bilməsidir. Son hədəf isə B divizionundan yüksəlməkdir. Bu, səbr və sistemli iş tələb edən uzunmüddətli məqsəddir", - deyə baş məşqçi bildirib.

Mütəxəssis qeyd edib ki, inkişaf proqramı yalnız milli komandalarla məhdudlaşmır. Qadınlar arasında daha sabit və rəqabətli ölkə çempionatının yaradılması, gələcəkdə klubların Avropa turnirlərində iştirakı, həmçinin 3x3 basketbolunun inkişafı da əsas istiqamətlərdəndir.

Onun sözlərinə görə, hazırda U-14, U-16, U-18 və U-20 milli komandalarının gündəlik məşqləri təşkil olunur. Federasiya daha kiçik yaşlı basketbolçuların hazırlanmasına da xüsusi diqqət ayırır.

Diamantakos Azərbaycanın maliyyə və təşkilati imkanlarının gələcək uğurlar üçün əlverişli şərait yaratdığını düşünür:

"Burada əhəmiyyətli iş görmək üçün lazımi şərait, istək və maliyyə potensialı var. Əsas məsələ düzgün planlaşdırma aparmaq və mövcud imkanları real irəliləyişə çevirməkdir. Ardıcıllıq və davamlılıq təmin edilərsə, Azərbaycanın gələcəkdə basketbol baxımından daha mühüm mərkəzə çevrilə biləcəyini düşünürəm".

Baş məşqçi uğur qazanmaq üçün yalnız maliyyə imkanlarının kifayət etmədiyini də vurğulayıb. Onun fikrincə, peşəkar mütəxəssislərin iştirakı, düzgün təşkilatlanma və aşağı yaş qruplarından başlayan sistemli hazırlıq həlledici əhəmiyyət daşıyır.

"Bir idman növü bir gündə inkişaf etmir. Gündəlik əmək, düzgün təşkilatlanma, plana inanan və onu uzun müddət dəstəkləyəcək insanlar lazımdır. Məqsəd nəticə qazanmaqdır, amma bunun üçün əvvəlcə uyğun mühit yaradılmalıdır. Hazırda Azərbaycanda etməyə çalışdığımız da budur", - deyə Diamantakos fikirlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Oxşar xəbərlər