top
Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı Idman.biz
Dünən, 22:21
- ↺ +

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu Yu Çon Hyan dünya çempionatlarının tarixində yeni qol rekorduna imza atıb.

İdman.Biz FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı futbolçu dünya çempionatlarında vurduğu qolların sayını 12-yə çatdıraraq venesuelalı Deyna Kastelyanosun on il ərzində yenilənməyən rekordunu geridə qoyub.

Tarixi nəticə oktyabrın 20-də Mərakeşdə qeydə alınıb. Şimali Koreya yığması Polşanı 6:1 hesabı ilə məğlub edib. Yu Çon Hyan dubla imza atıb və künc zərbəsindən sonra başla vurduğu ikinci qol onun üçün rekord xarakteri daşıyıb.

Əvvəlki rekordçu Deyna Kastelyanos 2014-cü ildə keçirilən dünya çempionatında cəmi 14 yaşında olarkən altı qol vurmuşdu. İki il sonra o, daha beş dəfə fərqlənərək ümumi göstəricisini 11-ə çatdırmışdı.

Yu Çon Hyan ötən il Mərakeşdə keçirilən dünya çempionatında özünü parlaq şəkildə göstərib. O, səkkiz qol vuraraq bir turnir üzrə məhsuldarlıq rekordunu təkrarlamış, Şimali Koreyanın dünya çempionu olmasına kömək etmiş və iki fərdi mükafata — "Qızıl buts" və "Qızıl top"a layiq görülüb.

Bu il isə gənc hücumçu tarixə düşmək üçün cəmi iki oyuna ehtiyac duyub. Əvvəlcə Puerto-Riko ilə görüşdə iki qol vurub, daha sonra Polşa ilə qarşılaşmada da dubla imza atıb.

"Bugünkü oyundan çox razıyam. Bu qədər qol vurduğum üçün əlbəttə ki, sevinirəm. Amma komandamın qələbəsinə kömək edə bildiyim üçün daha çox xoşbəxtəm", - deyə rekordçu FİFA-ya müsahibəsində bildirib.

Maraqlıdır ki, Şimali Koreya millisinin daha bir futbolçusu Kim Von Sim də tarixi göstəriciyə yaxınlaşıb. O, 2025-ci ilin dünya çempionatında yeddi, hazırkı mundialda isə artıq dörd qol vurub. Beləliklə, onun ümumi göstəricisi 11-ə yüksəlib və əvvəlki rekordçu Kastelyanosun nəticəsinə bərabər olub.

İki turdan sonra Şimali Koreya yığması 12:1 top fərqi ilə iki qələbə qazanaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Komandanın baş məşqçisi Çi Yun Nam yetirməsinin nailiyyətini yüksək qiymətləndirərək onun gələcəkdə daha da güclü futbolçu olmaq potensialına malik olduğunu vurğulayıb.

Şimali Koreya millisinin növbəti rəqibi Nigeriya olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Dünən, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Dünən, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Dünən, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Dünən, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Dünən, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Dünən, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Dünən, 20:27

Trent sabiq klubuna qayıda bilər

Oxşar xəbərlər