top
Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi Idman.biz
21 oktyabr 2026, 21:43
- ↺ +

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Dünya Güləş Birliyi (UWW) oktyabrın 24-də Astanada start götürəcək yunan-Roma güləşi üzrə dünya çempionatı ilə bağlı geniş təhlil dərc edib. Beynəlxalq federasiya medallar uğrunda əsas mübarizə aparacaq idmançılar arasında Azərbaycanın altı təmsilçisini xüsusi qeyd edib.

İdman.Biz xəbər verir ki, UWW-nin rəsmi saytında yayımlanan materialda Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Nihat Məmmədli (63 kq), Eldəniz Əzizli (55 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyevin (97 kq) şansları dəyərləndirilib.

Cəfərov iranlı rəqibi qarşısında məğlubiyyət seriyasına son qoymağa çalışacaq

Beynəlxalq federasiya çempionatın əsas intriqalarından biri kimi Həsrət Cəfərovla İranın olimpiya və hazırkı dünya çempionu Səid Esmayili arasında mümkün növbəti qarşılaşmanı göstərib.

Ötənilki dünya çempionatının finalında Esmayili Azərbaycan güləşçisinə qalib gəlib. Onların İslam Həmrəyliyi Oyunlarındakı son görüşü də iranlının xeyrinə nəticələnib. Həmin qarşılaşmada Cəfərov son saniyələrdə qələbəni əldən verib.

UWW xatırladır ki, Azərbaycan təmsilçisi artıq Avropa çempionluğu titullarına, dünya çempionatlarının və Olimpiya Oyunlarının medallarına sahib olsa da, böyüklər arasında dünya çempionatının qızıl medalını hələ qazana bilməyib.

Cəfərovun digər ciddi rəqibləri arasında kubalı Luis Orta və 2025-ci ildə 63 kq çəkidə dünya çempionu olmuş, indi isə 67 kq-a yüksəlmiş özbəkistanlı Aytjan Xalmaxanov da var.

Qənizadə dünya çempionu titulunu qorumaq istəyir

72 kq çəki dərəcəsində hazırkı dünya çempionu Ülvü Qənizadə Astanaya ötən il Zaqrebdə qazandığı uğuru təkrarlamaq məqsədilə yollanacaq.

UWW qeyd edir ki, Azərbaycan güləşçisi böyük beynəlxalq yarışlarda bir neçə dəfə gümüş medal qazandıqdan sonra nəhayət dünya çempionu olub. İndi isə o, bu uğurun təsadüfi olmadığını sübut etməlidir.

Beynəlxalq federasiya Qənizadənin əsas rəqibi kimi ötən il bürünc medal qazanmış iranlı Danial Sohrabini göstərir.

Ukraynanı təmsil edən, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı Pərviz Nəsibov da bu çəkidə medal uğrunda mübarizəyə qoşulacaq.

Məmmədli və Əzizli dünya çempionluğunu geri qaytarmaq niyyətindədirlər

63 kq çəki dərəcəsində 2024-cü ilin dünya çempionu Nihat Məmmədli iki il əvvəlki nailiyyətini təkrarlamağa çalışacaq.

Ötənilki qalib Aytjan Xalmaxanovun 67 kq-a keçməsi səbəbindən Astanada bu çəkidə yeni dünya çempionu müəyyənləşəcək.

UWW Məmmədlinin əsas rəqibləri sırasında qırğızıstanlı Aftandil Taalaybek uulunu, türkiyəli Kerem Kamalı, rusiyalı Sergey Yemelini və iranlı Məhəmməd Keştkari göstərib.

55 kq çəki dərəcəsində isə təcrübəli Eldəniz Əzizlini gənc nəsil güləşçilərlə ciddi rəqabət gözləyir.

Beynəlxalq federasiya xatırladır ki, ötən il Azərbaycan təmsilçisi iranlı Payam Əhmədiyə məğlub olub. İndi isə onun əsas rəqibləri arasında həmin iranlı güləşçini dünya çempionatının finalında məğlub etmiş gürcüstanlı Vaxtanq Lolua da var.

UWW-nin qiymətləndirməsinə görə, Əzizli zəngin təcrübənin ən yüksək səviyyədə hələ də mühüm üstünlük olduğunu göstərmək niyyətindədir.

Qurbanov və Əhmədiyev də medal uğrunda mübarizəyə hazırdırlar

82 kq çəki dərəcəsində Avropa çempionu Qurban Qurbanov əvvəlki dünya çempionatındakı uğursuzluğun əvəzini çıxmağa çalışacaq.

Onun əsas rəqibləri hazırkı dünya çempionu, iranlı Qulamrza Faroxi və keçmiş dünya çempionu, qırğızıstanlı Akjol Mahmudov olacaq.

97 kq çəkidə isə UWW ötənilki dünya çempionatının bürünc mükafatçısı Murad Əhmədiyevi iranlı Hadi Saraviyə ciddi müqavimət göstərə biləcək idmançılar sırasında qeyd edib.

Paris-2024 Olimpiadasının və dünya çempionatının qalibi olan Saravinin digər əsas rəqibləri rusiyalı Artur Sarqsyan, belaruslu Kirill Maskeviç və kubalı Qabriel Rosilyodur.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək. Yarışlara yunan-Roma güləşçiləri start verəcəklər.

UWW-nin açıqladığı ilkin iştirakçı siyahısına əsasən, Azərbaycan bütün on çəki dərəcəsində təmsil olunacaq. Adları çəkilən altı idmançı ilə yanaşı, heyətdə Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Sərxan Məmmədov (130 kq) da yer alıb.

İştirakçıların yekun siyahısında püşkatmaya qədər dəyişikliklər edilə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Futbol
Bu gün, 09:08

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Futbol
Bu gün, 09:00

Kristiano Ronaldo Yaxın Şərqdə “İlin Ən Yaxşı Futbolçusu” səsverməsində liderdir

Oxşar xəbərlər