Azərbaycan II Liqasında mübarizə aparan "Şəki" klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi çalışdırıcı Elvin Hacızadə ilə əməkdaşlığa son qoyub.
Klubun mətbuat xidmətindən yayılan rəsmi bəyanatda mütəxəssislə mövcud müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, "Şəki" II Liqanın VIII turu çərçivəsində oktyabrın 20-də baş tutan səfər qarşılaşmasında "Zəngəzur" komandasına 0:5 hesabı ilə darmadağın olaraq ağır məğlubiyyətə uğramışdı.