top
Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi Idman.biz
Bu gün, 21:54
- ↺ +

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Fakundo Bernal La Liqanın doqquzuncu turunda "Barselona"nın futbolçusu Lamin Yamala qarşı aqressiv davranışına görə dörd oyunluq diskvalifikasiya edilib.

İdman.Biz xəbər verir ki, müvafiq qərarı İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi qəbul edib.

Hadisə oktyabrın 17-də keçirilən və Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 54-cü dəqiqəsində yaşanıb. Bundan bir qədər əvvəl "Betis" hesabı bərabərləşdirmişdi – 2:2.

Hakimin protokoluna əsasən, 23 yaşlı uruqvaylı futbolçu oyun dayandırıldığı vaxt Yamaldan boğazından tutaraq onun üzünə ardıcıl iki dəfə başla zərbə endirib. Baş hakim Rikardo de Burqos Benqoetçea Bernala birbaşa qırmızı vərəqə göstərib.

Yamal isə qarşıdurmadan əvvəl rəqibini itələdiyinə görə sarı vərəqə alıb. "Barselona"nın futbolçusunun tibbi yardıma ehtiyacı olmayıb və o, oyunu davam etdirə bilib.

İntizam Komitəsi Bernalın hərəkətini rəqibə hücum kimi qiymətləndirib. RFEF-in intizam qaydalarının 103.1-ci maddəsinə əsasən, belə pozuntuya görə dörd oyundan on iki oyunadək diskvalifikasiya nəzərdə tutulur. Uruqvaylı futbolçuya minimum cəza tətbiq edilib.

"Betis" hakimin protokoluna etiraz edərək orada münaqişənin bütün məqamlarının və Yamalın hərəkətlərinin kifayət qədər əks olunmadığını bildirib. Lakin videoyazını araşdıran İntizam Komitəsi klubun arqumentlərini qəbul etməyib.

Sevilya təmsilçisi qərardan Apellyasiya Komitəsinə şikayət edəcəyini açıqlayıb.

Bundan başqa, "Betis"in idman direktoru Manu Faxardo qeyri-idman davranışına görə iki oyunluq diskvalifikasiya edilib və cərimələnib.

Bernalın La Liqada "Selta", "Malaqa" və "Elçe"yə, İspaniya Kubokunda isə "Navalkarnero"ya qarşı görüşləri buraxacağı gözlənilir. Cəza dəyişməsə və bu oyunlarda çəkilsə, futbolçu noyabrın 22-də keçiriləcək Sevilya derbisinə qayıda biləcək.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçinin meydandan qovulmasından sonra "Barselona" daha üç qol vuraraq 5:2 hesablı qələbə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:55

İnfantinodan Bakıdakı tarixi dünya çempionatı ilə bağlı dünyaya mesaj

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Oxşar xəbərlər