top
ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi Idman.biz
22 oktyabr 2026, 00:51
- ↺ +

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən sumo üzrə dünya çempionatını ziyarət edərək hər iki ölkənin idmançılarına dəstək verib.

İdman.Biz xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Diplomatik nümayəndəlik Amerika millisinin üç medal qazanmasını yüksək qiymətləndirib. Kelliann Boll gümüş, Etan Peres bürünc medal əldə edib, ABŞ-ın qadınlardan ibarət komandası isə üçüncü yeri tutub. Daha dörd amerikalı idmançı medal uğrunda mübarizə mərhələsinə yüksəlib.

Səfirlik Azərbaycan sumoçusu Əmrah Şəfiyevin tarixi nailiyyətinə xüsusi diqqət ayırıb. İdmançımız ölkəmizə bu idman növündə dünya çempionatlarının ilk qızıl medalını qazandırıb.

"Azərbaycanlı sumoçu Əmrah Şəfiyevin ölkəsi üçün tarixdə ilk qızıl medalı qazanmasının şahidi olmaq bizim üçün böyük sevinc idi. Təbrik edirik!" - deyə səfirliyin paylaşımında bildirilib.

Diplomatik nümayəndəlik Bakıda belə mötəbər beynəlxalq yarışın təşkilinə görə təşəkkürünü də ifadə edib:

"Belə möhtəşəm beynəlxalq idman tədbirinin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirik. Bütün idmançıları təsirli çıxışlarına, əzmkarlıqlarına və idman ruhuna görə alqışlayırıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Futbol
Bu gün, 09:08

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Futbol
Bu gün, 09:00

Kristiano Ronaldo Yaxın Şərqdə “İlin Ən Yaxşı Futbolçusu” səsverməsində liderdir

Oxşar xəbərlər