top
Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib Report.az
07 fevral 2025, 15:48
- ↺ +

Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib

Fevralın 7-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlərin təqdimatı" mövzusunda seminar keçirilib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun idman şöbəsinin baş məsləhətçisi, "Təhlükəsiz idman" üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə, federasiya nümayəndələri və məşqçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vaqif Əliyev idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlər barədə məlumat verib. MOK-un nümayəndəsi çıxışında "Təhlükəsiz idman"ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Federasiyaların bu sahədə mümkün qədər maarifləndirilməsinin vacibliyinə toxunan Vaqif Əliyev "İdmançıların idmanda qısnama və zorakılıqdan müdafiəsi", Beynəlxalq Olimpiya Komitəsinin elit idmançıların psixi sağlamlığı", "İdmanda böyüklərin beynəlxalq müdafiə təminatlarının hazırlanması", "İdmanda uşaqların beynəlxalq müdafiə təminatları" adlı metodiki vəsaitlərin bu mövzuda əhəmiyyətli olacağını bildirib. O, hazırlanan vəsaitlərin Azərbaycan və rus dillərində tərcümə olunduğunu deyib.

Seminarda çıxış edən Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə hazırlanan vəsaitlərin vacibliyini, elit idmançıların psixi sağlamlığının və hazırlığının əhəmiyyətini qeyd edib.

Vəsaitin federasiyalar, məşqçilər və həkimlər üçün faydalı olacağını bildirən federasiya nümayəndəsi psixi sağlamlığın simptomları və dəyişiklikləri barədə də danışıb. Qeyd olunub ki, vəsait belə problemləri müşahidə edib, aradan qaldırmaqda və ilkin psixoloji yardımın həyata keçirilməsində böyük kömək olacaq.

Tədbirin sonunda federasiya nümayəndələrinin sualları cavablandırılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Oxşar xəbərlər