top
Media nümayəndələri arasında velosiped yarışı keçirildi: qaliblər müəyyənləşdi - FOTO Idman.biz
19 iyul 2025, 22:56
- ↺ +

Media nümayəndələri arasında velosiped yarışı keçirildi: qaliblər müəyyənləşdi - FOTO

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında velosiped yarışı təşkil edib.

İdman.biz xəbər verir ki, Veloparkda keçirilən tədbirdə 40-a yaxın media nümayəndəsi öz fiziki hazırlığını və idmana olan marağını nümayiş etdirib.

Əvvəlcə yarımfinal yürüşləri keçirilib və finalçılar müəyyənləşib. Həlledici mərhələdə qadınlar arasında Nazilə Əhmədova (Real TV) bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olub. Aysu Haqverdiyeva (Baku TV) 2-ci, Vüsalə Səid isə 3-cü olub. Kişilər arasında Feyruz Rəhimov (CBC TV) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abbas Nəsirov (Baku TV) və Ümid Süleymanov (İdman TV) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Yarışda fərqlənən media nümayəndələrinə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov təqdim edib. Tədbirin bütün iştirakçılarına xatirə sertifikatları verilib.

Tədbir çərçivəsində Azərbaycanın velosiped idmanı üzrə yığma komandasının yeni formasının təqdimatı da olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Oxşar xəbərlər