Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Məktəblilərin fiziki hazırlığı, müasir texnologiyaların uşaqların hərəkətliliyinə təsiri və idmana marağın artırılması təhsil sahəsində diqqət yetirilməli məsələlərdəndir. Fiziki tərbiyə dərslərinin uşaqların sağlam böyüməsindəki rolunu, məktəblərdə idmanın inkişafı üçün mövcud imkanları və voleybolun təbliğinin əhəmiyyətini 234 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, voleybol üzrə respublika dərəcəli hakim Rüstəm Cəfərovla müzakirə etdik.
Müsahibimiz 18 illik pedaqoji təcrübəsindən çıxış edərək məktəblilərin fiziki hazırlığı, düzgün qidalanma, valideynlərin fiziki tərbiyə dərsinə münasibəti və müəllimin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.