top
Levandovski “Qızıl top” uğrunda mübarizədə üç futbolçunu fərqləndirdi Idman.biz
Bu gün, 00:18
- ↺ +

Levandovski “Qızıl top” uğrunda mübarizədə üç futbolçunu fərqləndirdi

"Çikaqo Fayr"ın hücumçusu Robert Levandovski futbol üzrə "Qızıl top" mükafatına əsas namizədlərlə bağlı fikirlərini bölüşüb.

İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, əvvəllər "Barselona" və "Bavariya"da çıxış etmiş polşalı futbolçu Lamin Yamalın mükafatı qazanmasını istədiyini söyləyib. O, həmçinin Münhen klubunun futbolçuları Harri Keyn və Maykl Olisenin çıxışını yüksək qiymətləndirib.

"Əlbəttə, mən Laminin "Qızıl top"u qazanmasını istəyirəm. O, xüsusilə yaşını nəzərə alsaq, möhtəşəm futbolçudur.

Harri Keyn "Bavariya"ya karyerasının ən yaxşı dövründə gəldi. Onun etdikləri, vurduğu qolların sayı inanılmazdır. Mən gedəndən sonra "Bavariya"nın məhz belə hücumçuya ehtiyacı var idi. İndi komanda onunla çox yaxşı çıxış edir.

Olise haqqında isə yalnız bir söz deyə bilərəm: "Vau!" O, oyunun gedişini dəyişə bilən futbolçudur. Məncə, Keyn, Olise və Diasın qarşılıqlı anlaşması, birgə fəaliyyəti ideal uyğunluq yaradır.

Ötən mövsüm göstərdikləri oyuna baxanda "Bavariya"nın çatışmayan yeganə uğuru Çempionlar Liqasının kuboku idi. Əgər onlar ötən il bu turniri qazansaydılar, yəqin ki, bu, bizim 2020-ci ildə hər şeyi qazandığımız mövsümlə müqayisə olunardı. Çünki həqiqətən möhtəşəm oynayırdılar.

Bundesliqa mənim orada çıxış etdiyim dövrlə müqayisədə son bir-iki ildə bir qədər dəyişib. Məsələn, "Bavariya"nın "RB Leypsiq"i 6:1 hesabı ilə məğlub etməsinə baxsaq, bu, çempionat üçün bəlkə də ideal vəziyyət deyil. Amma "Bavariya"nın inkişafı heyrətamizdir. Bu komandadan öyrəniləcək çox şey var və başqaları da onu nümunə götürə bilərlər.

Olisenin böyük gələcəyi var. Bilirəm, hamı Lamindən danışır, amma mən bəzən hələ hər kəsin diqqətini çəkməyən başqa futbolçuları da görməyə çalışıram.

Düşünürəm ki, Olise dünya çempionatında bir-iki qol vursaydı, o da Lamin və Harri Keyn kimi "Qızıl top"un əsas namizədlərindən birinə çevrilərdi. Onun qərarları mükəmməldir. Nə vaxt qapıya zərbə endirmək, nə vaxt ötürmə vermək və hansı ötürməni seçmək lazım olduğunu çox yaxşı bilir.

Laminin oyununu izləməkdən böyük zövq alıram, amma Oliseni də eyni həvəslə izləyirəm. Onların necə oynadığını görmək xoşuma gəlir", - deyə Levandovski bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Digər
Dünən, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Dünən, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Dünən, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Dünən, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Dünən, 21:11

Kişi voleybolçular arasında Super Liqanın 2026/2027 mövsümünə sabah start veriləcək;

Digər
Dünən, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Oxşar xəbərlər