"Barselona"nın 19 yaşlı futbolçusu Xavi Espartın bazar günü "Real Madrid"ə qarşı keçiriləcək El-Klasikoda əsas heyətdə yer alacağı gözlənilir.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik gənc müdafiəçinin Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə görüşdəki çıxışından razı qalıb.
Parisdə keçirilən qarşılaşmada Espart Xviça Kvaratsxeliyanın qarşısını almaqda komandasına kömək edib və qol vurmağı da bacarıb. Onun həmin oyundakı performansı Flikin etimadını qazanmasına səbəb olub.
Bununla belə, gənc futbolçunun El-Klasikoda iştirakı hələ tam dəqiqləşməyib. Espart PSJ ilə matçın 74-cü dəqiqəsində topuğundakı narahatlıq səbəbindən əvəzlənib.
"Barselona" onun bazar gününədək sağalacağına ümid edir. Topuq bağlarının zədələnməsindən əziyyət çəkən Jül Kundenin də "Real Madrid"lə görüşdə iştirakı sual altındadır.