Almaniya millisinin baş məşqçisi Yurgen Klopp "Bavariya"nın müdafiə sistemini tam başa düşmədiyini etiraf edib.
İdman.Biz DAZN-a istinadən xəbər verir ki, mütəxəssis Münhen klubunun taktiki yanaşması və hücumçu Harri Keynin meydandakı hərəkətləri barədə fikirlərini bölüşüb.
"Mən hələ də "Bavariya"nın müdafiə sistemini tam başa düşməmişəm. Onların oyunu bəzən qarışıq sistemə bənzəyir: gah fərdi nəzarətdən, gah da zona müdafiəsindən istifadə edirlər. Sadəcə bunu anlamaq istəyirəm, çünki hələ də öyrənirəm.
İnsanlar həmçinin Harri Keynin meydanın hər yerində olduğunu deyirlər. Düşünürəm ki, "Bavariya" topa sahib olanda bu, əladır. Amma Keyni müdafiənin son xəttində və ya yarımmüdafiədə pressinq edərkən görəndə...
Qulaq asın, mən futbolda Roma Papası deyiləm. Hər kəs istədiyini edə bilər. Amma deyə bilmərəm ki, bu "Bavariya"nın oyununu başa düşürəm", - deyə Klopp bildirib.