"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler klubla müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Futbolçu ilə yeni müqavilə beş il müddətinə nəzərdə tutulub. Tərəflər arasında razılaşma hələ sentyabrda əldə edilib. Bütün sənədlər imzalanıb və rəsmiləşdirilib.
Güler 2023-cü ildən "Real Madrid"də çıxış edir. Cari mövsümdə futbolçu bütün turnirlərdə 11 matçda iştirak edib, üç qol vurub və beş məhsuldar ötürmə verib.
La Liqada doqquz oyundan sonra "Real Madrid" 21 xalla turnir cədvəlində üçüncü yeri tutur. Yarışa 27 xalla "Barselona" başçılıq edir.