top
İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq Idman.biz
Bu gün, 21:03
- ↺ +

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Qazaxıstanla Azərbaycan arasında milli idman növləri üzrə əməkdaşlığın genişləndirilməsi, çövkən və kökpar yarışlarının birgə təşkili, eləcə də atçılıq sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunur.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Milli və Atçılıq İdman Növləri Mərkəzinin direktoru Pazılbek Kayrat müsahibəsində iki ölkə arasında milli idman növləri sahəsində əməkdaşlığın inkişafı, kökpar (türk xalqlarının qədim ənənəvi atüstü idman oyunu) və çövkən üzrə birgə tədbirlərin keçirilmə perspektivləri, atçılıq sahəsində təcrübə mübadiləsi, eləcə də gələn il həyata keçirilə biləcək layihələr barədə danışıb.

- Qazaxıstanla Azərbaycan arasında milli və atçılıq idman növləri sahəsində əməkdaşlıq necə inkişaf edir?

- Qazaxıstan və Azərbaycan qardaş xalqlardır. Bizi ortaq türk kökləri, mədəniyyətimiz, ənənələrimiz və yaxın dünyagörüşümüz birləşdirir. İdman isə bu əlaqələri möhkəmləndirən ən canlı vasitələrdən biridir.

Biz daim bir-birimizi dəstəkləyir, təcrübəmizi bölüşür və xalqlarımızın tarixini yaşadan milli idman növlərini birlikdə inkişaf etdiririk.

Azərbaycanlı idmançılar turnirlərdə və təlim-məşq toplantılarında iştirak etmək üçün mütəmadi ölkəmizə gəlirlər. Qazaxıstanlı idmançılar da tez-tez Azərbaycanda keçirilən yarışlarda çıxış edirlər. Bu yaxınlarda nümayəndə heyətimiz Bakıdan qayıdıb. Bizi həmişə olduğu kimi qardaşcasına qarşıladılar.

Əminəm ki, formalaşmış dostluq münasibətləri idman sahəsində əməkdaşlığın daha da inkişafı və milli oyunlarımızın beynəlxalq arenada tanıdılması üçün möhkəm təməl olacaq.

- Avqust ayında Bakıda qazax güləşi üzrə dünya çempionatı keçirildi. Bu idman növünün Azərbaycanda inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Dünya çempionatının Bakıda keçirilməsi qazax güləşinin beynəlxalq arenada inkişafı üçün mühüm addım oldu. Avqustun 22-23-də keçirilən yarışlarda 20-dən çox ölkənin idmançıları iştirak ediblər. Sevindirici haldır ki, çempionatda həm kişilər, həm də qadınlar mübarizə aparıb, medallar uğrunda 16 çəki dərəcəsində yarışlar keçirilib.

Hesab edirəm ki, bu güləş növünün Azərbaycanda inkişafı üçün yaxşı perspektivlər var. Bunun üçün məşqçilər arasında əlaqələri möhkəmləndirmək, klub və bölmələrin fəaliyyət göstərdiyi coğrafiyanı genişləndirmək, idmançıların beynəlxalq turnirlərdə müntəzəm iştirakını təmin etmək lazımdır.

Qazaxıstan tərəfi olaraq hazırlıq metodikalarının mübadiləsində, təcrübəli məşqçilərin və tanınmış güləşçilərin iştirakı ilə birgə ustad dərslərinin təşkilində maraqlıyıq. Bu, idmançıların ustalığını artırmağa və qazax güləşinin daha çox tanınmasına imkan verəcək.

- Azərbaycan milli atçılıq oyunu olan çövkənlə, Qazaxıstan isə kökparla tanınır. Bu idman növləri üzrə birgə yarışların keçirilməsi mümkündürmü?

- Çövkən və kökpar xalqlarımızın tarixi ənənələrini əks etdirən özünəməxsus milli atçılıq oyunlardır. Qaydaları fərqli olsa da, hər iki oyunda atlıların məharəti, atların hazırlığı və komanda şəklində qarşılıqlı fəaliyyət mühüm rol oynayır.

Hesab edirəm ki, bu istiqamətdə birgə tədbirlərin keçirilməsinin böyük perspektivləri var. Qazaxıstanla Azərbaycan bir-birindən çox şey öyrənə bilər - atlıların və atların hazırlanması metodikalarından tutmuş yarışların təşkili və təhlükəsizlik tədbirlərinin təmin edilməsinədək müxtəlif məsələlər daxildir.

Mümkün əməkdaşlıq istiqamətlərindən biri çövkən və kökparın nümayiş olunduğu, dostluq görüşlərinin və nümunəvi çıxışların keçirildiyi beynəlxalq milli atçılıq oyunları üzrə festivalın təşkil edilməsi ola bilər.

Belə bir format tamaşaçıları hər iki oyunun xüsusiyyətləri ilə tanış etməklə yanaşı, idmançılar, məşqçilər və yarış təşkilatçıları arasında peşəkar əməkdaşlıq üçün də platforma yaradar.

Mərkəzimiz Azərbaycan tərəfinin aidiyyəti üzrə federasiya və idman təşkilatları ilə birlikdə bu istiqamətdə müvafiq təklifləri nəzərdən keçirməyə hazırdır.

- Azərbaycan Qarabağ atları ilə tanınır. Atçılıq və idman atlarının hazırlanması sahəsində əməkdaşlıq üçün hansı perspektivləri görürsünüz?

- Atçılıq Qazaxıstanın və Azərbaycanın tarixi-mədəni irsində xüsusi yer tutur. Bu sahədə əməkdaşlığın bir neçə perspektivli istiqamətini görürük.

İlk növbədə, söhbət idman atlarının seleksiyası, yetişdirilməsi və böyüdülməsi sahəsində təcrübə mübadiləsindən gedir. Mütəxəssislərin qarşılıqlı fəaliyyəti atların cins xüsusiyyətlərinin qiymətləndirilməsi və heyvanların fiziki hazırlığına dair müxtəlif yanaşmaları öyrənməyə imkan verəcək.

İdman atlarına baytarlıq nəzarəti, onların yemlənməsi və saxlanılması, bərpası, eləcə də zədələrin müalicəsi sahələrində elmi-praktik əməkdaşlıq da maraq doğurur.

Bundan başqa, milli at cinslərinə və atçılıq ənənələrinə həsr olunmuş birgə seminarlar, sərgilər və nümayişlər təşkil etmək mümkündür.

Ayrıca bir istiqamət milli atçılıq idman növləri üçün atların hazırlanmasıdır. Bununla belə, nəzərə almaq lazımdır ki, kökpar və çövkən üçün atların hazırlanmasına dair tələblər fərqlidir. Buna görə də əməkdaşlıq peşəkar yanaşmaya və hər bir idman növünün özünəməxsus xüsusiyyətlərinə hörmətə əsaslanmalıdır.

- Mərkəziniz gələn il Azərbaycanla hansı birgə layihələri həyata keçirməyi planlaşdırır? Yeni beynəlxalq turnirlərin və təlim-məşq toplantılarının keçirilməsi gözlənilirmi?

- 2027-ci ildə Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar görürük. Məqsədimiz ayrı-ayrı tədbirlərin keçirilməsindən iki ölkənin idman təşkilatları arasında sistemli əməkdaşlığa keçməkdir.

Əsas prioritetlərdən biri birgə idman tədbirləri təqviminin hazırlanması ola bilər. Bu, nümayəndə heyətlərinin turnirlərdə, təlim-məşq toplantılarında və digər beynəlxalq tədbirlərdə iştirakını əvvəlcədən razılaşdırmağa imkan verəcək.

Qazax güləşinə və milli atüstü oyunlara xüsusi diqqət yetirməyi planlaşdırırıq. Burada məqsəd yalnız yarışların sayını artırmaq deyil, həm də idmançıların hazırlığı, məşqçilik metodikalarının təkmilləşdirilməsi və turnirlərin təşkilati səviyyəsinin yüksəldilməsi üçün şərait yaratmaqdır.

Gələcəkdə iki ölkənin müvafiq federasiyaları, idman mərkəzləri və mütəxəssisləri arasında birbaşa əlaqələrin inkişafı da mümkündür. Bu, əməkdaşlığa daha praktik və uzunmüddətli xarakter qazandıracaq.

Bununla yanaşı, tədbirlərin konkret tarixləri, keçiriləcəyi yerlər və iştirakçıların tərkibi Azərbaycan tərəfinin tərəfdaşları, aidiyyatı federasiya və səlahiyyətli qurumlarla aparılacaq danışıqların nəticələrinə əsasən müəyyənləşdirilməlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Oxşar xəbərlər