top
Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO Idman.biz
Bu gün, 22:10
- ↺ +

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Argentinalı futbol ulduzu Lionel Messi İspaniyanın Ovyedo şəhərində keçirilən görüşdə minlərlə azarkeşin böyük rəğbəti ilə qarşılanıb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, "Palacio de los Deportes" idman sarayında təşkil olunan tədbirə 6200 nəfər qatılıb. Onların arasında Asturiya bölgəsinin müxtəlif məktəblərindən gələn şagirdlər də olub.

Daha inklüziv futbolun təşviqinə yönəlmiş "Onluğun oyunu" layihəsi çərçivəsində keçirilən görüşə maraq böyük olub. Geniş ictimaiyyət üçün ayrılmış biletlər cəmi 12 dəqiqəyə tükənib.

Messi çıxışına başlayarkən zalda "Təşəkkürlər, Leo!" şüarları səsləndirilib. Argentinalı ulduz göstərilən sevgidən təsirləndiyini gizlətməyib:

"Bu qədər sevgi görmək məni çox xoşbəxt edir. Burada olmaq mənim üçün böyük sevincdir".

Uşaqlıq illərini xatırlayan Messi futbola münasibətindən də danışıb:

"Hər dəfə futbol meydançası görəndə oynamaq istəyirdim".

O, həmişə qalib gəlməyə çalışdığını, lakin futboldan zövq almağın onun üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb.

Messi "Barselona"nın əsas komandasında 16 yaşında debüt etdiyi dövrü də yada salıb. Ronaldinyo, Samuel Eto'o, Xavi və Karles Puyol kimi ulduzlarla eyni soyunub-geyinmə otağını bölüşməyin utancaq gənc üçün asan olmadığını söyləyib.

Argentinalının sözlərinə görə, həmin vaxt ona verilən əsas məsləhət futboldan zövq almaq, yanında kimin oynadığını düşünməmək və özünü kollektivin bir hissəsi kimi hiss etmək olub.

Messi gənc futbolçulara səhvlərdən nəticə çıxarmağı, inkişaf etmək istəyini qorumağı və diqqəti növbəti epizoda yönəltməyi tövsiyə edib. O, uşaqların özlərinə həddindən artıq təzyiq göstərməməli olduqlarını da vurğulayıb:

"Qazandığınızdan daha çox məğlub olacaqsınız".

Tədbirdə iştirak edən Santi Kasorla da Messi ilə bağlı maraqlı xatirəsini bölüşüb. O, vaxtilə argentinalıdan komandasına qarşı cərimə zərbəsindən qol vurmamasını xahiş etdiyini zarafatla xatırladıb. Lakin Messi həmin epizodda topu qapının yuxarı küncünə göndərib.

Görüşün sonunda argentinalı futbolçu uşaqlara əsas mesajını bir daha çatdırıb: gənc yaşlarda ən vacib məsələ futbol oynamaqdan həzz almaqdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Oxşar xəbərlər