top
İdman Bürcü: 1-6 Sentyabr Astroloji Proqnozu Idman.biz
31 avqust 2025, 13:23
- +

İdman Bürcü: 1-6 Sentyabr Astroloji Proqnozu

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə çox əlverişli olacaq. Özünüzə güvəndiyiniz halda arzuladığınız məsələni həll edəcəksiniz. Öz fəaliyyət sahənizi dəyişmək, yaxınlarınızdan qiymətli hədiyyə almaq, yeni romantik münasibətlərə başlamaq, yaxud həyatınızı dəyişmək üçün real fürsət əldə edəcəksiniz. Həftəiçi diqqət çəkəcəksiniz. Çox insan sizinlə münasibət qurmaq istəyəcək. Avarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Buğa
Ciddi münasibətlərə hazır olmasanız belə, size bu həəftə sürpriz gözləyir – bu, daha çox özünü sevgidə büruzə verəcək. Bilin ki, çoxları uğurunuzu həzm edə bilmir. Lakin onlardan əsla çəkinməyin, qarşınızda çox cəsarətsizdirlər. Həftəsonu əsəbi və çox yorğun ola bilərsiz - çalışın bol istirahət edin. Karate, güləş, boks, şahmat və üzgüçülük idman növlərində bol-bol uğurlar vəd edilir.

Əkizlər
Şəxsi münasibətlərdə hisslərinizi gizlətməyin - birindən xoşunuz gəlirsə, çəkinmədən bunu etiraf edin, yoxsa sevgi qatarınız əldən gedəcək. Valideynlərinizi də unutmayın və onlarla mümkün qədər çox vaxt keçirin. Tətilə çıxmaq, gözəl istirahət etmək üçün əsl vaxtdır. İşsiz olanlar həftəsonu özünə yeni, gəlirli iş tapacaqlar. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Bu həftə Xərçənglər birdən-birə sevgi əskikliyini hiss edəcəklər. Lakin bu, sizin günahınız ola bilər - sizi sevənlərə çox az vaxt ayırdığınız üçün, onlar da sizə qarşı soyuyur. Həftənin sonunda kimin dost, kimin düşmən olduğunu öyrənəcəksiz. Bunu vaxtında başa düşsəniz və onunla əlaqəni qırsanız, zərər görməyəcəksiz. Üzgüçülük, futbol, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Şir
Həftənin əvvəli işgüzar səfərlər və danışıqlar üçün çox əlverişli olacaq. Ancaq həftənin sonunda hər hansı bir səfərdən imtina etmək daha yaxşıdır, çünki olduqca uğursuz görünür. Sevgilinizlə münasibətlər daha da möhkəmlənəcək, xoşbəxt anlar yaşayacaqsınız. Həftəsonu gözlənilməz hadisələrə hazır olun - dəyişikliklər yaxşılığa doğru olacaq. Voleybol, stolüstü tennis, hokkey, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Qız
Bu dövr sizin üçün çox rahat keçəcək. Həftənin ortasında kiçik problemlər sizi ruhdan sala bilər, lakin həftənin sonunda vəziyyət yaxşılaşmağa başlayacaq. Bu həftə tələbə və məzunlar ən çox sevinən şəxslər olacaqlar, çünki çoxdan gözlədikləri xəbəri alacaqlar. Pul qazanmaq üçün yeni imkanlar yaranacaq - uğurlu iş birliyi gözlənilir. Atletika, avarçəkmə, atıcılıq, çövkən, güləş və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Tərəzi
Həftə sizə cansıxıcı gəlsə də, çalışın dəyişin. Həftəsonu səfərə çıxın, bol-bol istirahət edin. Şəxsi münasibətlərinizdə soyuqluq yarana bilər, davalardan uzaq durmağa çalışın. Ortada anlaşılmazlıq varsa, bunu partnyorunuzla birlikdə, sakitcə həll etməyə çalışın. Maddi durumunuzda problemlər yarana bilər - bədxərc olmasanız, bu problemlə rastlaşmayacaqsınız. Həndbol, voleybol, basketbol, futzal, güləş və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Əqrəb
Bu həftə Əqrəblər seçim arasında olacaqlar - bu sevgi, iş seçimi və ya alış məsələsi ola bilər. Düzgün seçim etmək üçün vaxtınız az olacaq, lakin altıncı hissinizə güvənsəniz, bunu bacaracaqsınız. İşə qarşı məsuliyyətli olun, əks təqdirdə müdiriyyətin ciddi qınağına tuş gələ bilərsiniz. Stolüstü tennis, boks, futbol, cüdo və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oxatan
Bu həftə həyat sizi sınayacaq - işlər alınmasa belə, ruhdan düşməyin və güclü olun, çünki bu sınaqdan keçən hər kəsi sonda xoşbəxt günlər gözləyir. Maddi cəhətdən problem olmayacaq, hətta kiçik artım gözlənilir. Həftənin ortasında tək qalmaq daha yaxşıdır - çox səs-küylü yerlərə getməyin. Sevgilinizlə romantik anlar yaşayın - hədiyyə almaq, sürprizlər etmək aranızdakı münasibətinizi daha da möhkəmləndirəcək. Basketbol, cüdo, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Oğlaq
Həftənin sonuna qədər əhəmiyyətli pul axını gözlənilir - bu sizin zəhmətinizin bəhrəsi olacaq. Keçmiş sevgilinizlə bağlı bütün xatirələri silmək məsləhət görülür. Yeni biznes açmaq, kurslara yazılmaq üçün əlverişli həftədir - ümumiyyətlə, həyatınızda yeniliklər edin, darıxdırıcı həyata son qoyun. Güləş, cüdo, stolüstü tennis, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Bu həftə istənilən işiniz sizin üçün çox asan gələcək. Bundan əlavə, işdə həmkarlarınızdan və müdirinizdən məsləhət istəməkdən çəkinməyin - bu, yeni zirvələrə çatmağınıza kömək edəcək. Partnyorunuz tərəfindən xoş sürprizlər gözlənilir. Çoxdandır fikrinizdə olan proyektləri reallaşdırmaq üçün əsl vaxtdır - ilk addımı atın. Futzal, minifutbol, karate, basketbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Balıqlar
Bu həftə Balıqlar ciddi qərarlar verəcəklər. İşlərinizin müsbət yöndə gedəcəyi ehtimalı çoxdur. Həftənin əvvəlində sizi unudulmaz səfərlər və maraqlı insanlarla görüşlər gözləyir. Tanışlıq çox faydalı ola bilər. Həftənin sonunda diqqətinizi məişət problemlərinə yönəltməyin, çünki bu, lazımsız münaqişələrə səbəb ola bilər. Atçılıq, voleybol, otüstü hokkey, üzgüçülük və qaçış növlərində uğurlar gözləniləndir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:46

Sky Sports tərəfindən klubsuz ulduz futbolçulardan ibarət simvolik komanda təqdim edildi

Futbol
Bu gün, 18:59

Müller, Kloppun milli komandadakı futbol fəlsəfəsini maraqla gözlədiyini bildirdi

Futbol
Bu gün, 18:00

Ferran Torres: Luis Enrique mənim üçün ata kimidir

Futbol
Bu gün, 18:00

Ferran Torres: Luis Enrique mənim üçün ata kimi olub

Qarabağ FK
Bu gün, 17:53

“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiyada avqust ayının ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-cı il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-ci ildə Dünya Futbol Çempionatı üçün birgə ev sahibliyi namizədliyini müzakirə edir

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-ci il Dünya Futbol Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040‑ci il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:20

Çağlar Söyüncünün yeni klubunun adı Çorum oldu

Digər
Bu gün, 17:19

Dövlət əməkdaşları 6 sentyabr saat 10:00‑da Veloparkda velosiped yarışına dəvət olunur

Digər
Bu gün, 17:19

Dövlət qurumları əməkdaşları üçün Veloparkda velosiped yarışı təşkil ediləcək

Futbol
Bu gün, 17:11

“Mançester Siti” Aleksandar Pavlovic üçün 100 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 17:00

“Fənərbağça” argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Futbol
Bu gün, 17:00

Fənərbağça Boca Juniors-undan argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Voleybol
Bu gün, 16:53

UNEC qadın voleybol komandası gənclərdən ibarət heyətlə yarışa qatılacaq

Futbol
Bu gün, 16:20

Liverpool fransız hücumçusunun keçidini rəsmi etdi

Futbol
Bu gün, 16:20

Liverpul Gillian Nquessanın keçidini rəsmiləşdirdi

Futbol
Bu gün, 16:00

Fənərbağça Beşiktaşla dərəcəli matçda üzləşəcək

Futbol
Bu gün, 16:00

“Fənərbağça” Beşiktaşla qarşılaşacaq, Asensio yarımmüdafiəçi ola bilər

Futbol
Bu gün, 15:42

Bəxtiyar Musayev: 20 istedadlı uşaq futbolçunu dünya çempionatı üçün hazırlamaq məqsədimizdir

Futbol
Bu gün, 15:42

AFFA, 15 yaşadək dünya çempionatı üçün 20 istedadlı futbolçu seçmək məqsədilə seçimləri davam etdirir

Futbol
Bu gün, 15:40

“Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi Manuel Şüttengruber təyin edildi

Futbol
Bu gün, 15:33

Tottenham Richarlisonu yeni mövsüm üçün qeydiyyata almadı

Oxşar xəbərlər