top
Everesti покорившая Вафа Мусаева: “Вершину я выбрала себе учителем, в трудном восхождении она преподала мне большие уроки” - ИНТЕРВЬЮ Report.az
19 may 2025, 15:57
- ↺ +

Everesti покорившая Вафа Мусаева: “Вершину я выбрала себе учителем, в трудном восхождении она преподала мне большие уроки” - ИНТЕРВЬЮ

Dünyanın ən hündür zirvəsi olan Everesti (8848 m), ardınca planetin 4-cü yüksək zirvəsi sayılan Lhotzeni fəth edən azərbaycanlı qadın alpinist Vəfa Musayeva "Report"a müsahibə verib. O, Himalay dağında yerləşən zirvəyə yolçuluq zamanı yaşadığı çətinliklərdən, onu həvəsləndirən amillərdən danışıb.

- Everest və Lhotzeni fəth etdiniz. Hər iki zirvəyə yolçuluq necə keçdi?

- Çox çətin idi. Ümumiyyətlə, belə hündür zirvələrə dırmanmaq çətin olur. Bəlkə də Lhotzeyə çıxmaq Everestdən fərqli daha asan alındı. Çünki daha əvvəl Everestə çıxıb missiyamı tamamlamışdım. Lhotze əsas məqsədim deyildi. Qəribədir ki, Everestə çıxanda, növbəti 8000-dən hündür olan zirvəyə qalxacağıma və eyni anda hər iki zirvəni fəth edəcəyimə əminlik yaranmışdı. Hansı ki, biri dünyann ən hündür, digəri dördüncü zirvəsidir. Lhotze ilə bağlı məndə əminlik var idi. Artıq düşünürdüm ki, zirvəyə çıxmışam. Sanki bir mesaj idi və yerinə yetirmək üçün çalışdım, sonda istəyimə çatdım.

- Ümumiyyətlə, dırmanma zamanı hansı çətinliklərlə qarşılşadınız?

- Bu, bir aydan çox vaxt tələb edir. O deməkdir ki, sən hündürlükdə, oksigensiz yerdə yaşayacaqsan. Qidalanma, yuxu rejimi, hər şey alt-üst olacaq. Amma zirvəni görmək istəyirsənsə, bunlara dözəcəksən. Bir ay oksigensiz, dayanmadan yol getmək həqiqətən insan üçün əziyyətlidir. Dağ elə bir yerdir ki, hava şəraitinə və bir çox səbəblərə görə zamanın məhduddur. Artıq başqa bir şeyə vaxt ayıra bilmirsən, və sırf zirvəyə köklənirsən. Bu səbəbdən səndən hər gün səy göstərmək tələb olunur. Bu ən çətin olanıdır.

- Zirvələri fəth edəcəyinizə öncədən inamınız nə qədər idi?

- Bəlkə də ona görə çalışmalarım bəhrə verdi ki, bu zirvələrə öz xəyallarımda milyon dəfə çıxıb-düşmüşəm. Yolları təhlil etmişəm, necə gedəcəyimi, özümü hansı şəkildə aparmalı olduğumu planlaşdırmışam. Fikrimdə o qədər canlandırmışdım ki, Everestə çatanda elə bildim yenə xəyallardayam. Real olduğunu anlayandan sonra məndə emosional partlayış baş verdi. Hətta yanımdakı xarici vətəndaşdan soruşdum ki, "bu Everestdir" (gülür)? O da əli ilə gözümün yaşını silib dedi ki, "bəli, bura Everestdir". Zirvəyə fiziki şəkildə çıxmadan öncə dəfələrlə mənəvi baxımdan oraya gedib-gəlirdim. Ona görə də Everest ekspedisiyasına yollananda zirvəni görəcəyimə əmin idim.

- Sizi dağlara dırmanmağa həvəsləndirən nə oldu? Çünki planetin ən hündür zirvəsinə çıxmaq heç də asan deyil.

- Bu sualın cavabını özüm də axtarıram. Uşaq vaxtı ətrafımdakılara hər kəsi başa düşdüyümü, amma zülmlə dağın başına qalxıb-enənləri anlamadığımı deyirdim. Baxmayaraq ki, təhsil işçisiyəm və tam fərqli sahənin adamıyam. Elə oldu ki, Everest missiyama çevrildi. O zirvəyə çıxana qədər bütün hazırlıqlar, düşüncələr məni bir insan kimi yetişdirdi. Bir təhsil adamı kimi mənim üçün fərqli pəncərələr açdı. Yəqin ki, heç bir müəllimdən öyrənə bilməyəcəyim şeyi burada öyrəndim. Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi.

- Everest planetin ən hündür zirvəsidir. Bundan sonra nəyi arzulayırsınız? Haraları fəth etmək niyyətindəsiniz?

- Everestdən hündür zirvə yoxdur. Daha əvvəl 2000, 3000, 5000, 6000 metrlik zirvələrə cəhd etmişdim. Nəhayət, 8000 metrlik zirvəyə də can atdım və məndə alındı. Bundan sonra hara getmək istəyimə gəlincə, yəqin ki, Everesti və Lhotzeni "həzm etmək" üçün mənə xeyli müddət lazım olacaq. Söhbət təkcə fiziki məsələlərdən getmir. Bunun mənə nə verdiyini, niyə bu yerlərə getdiyimi və nə üçün mənim missiyam olduğunu anlamalıyam. Niyə tamamilə başqa sahənin adamı ola-ola məhz bu iş üçün seçildim? Daha sonra haralara getmək barədə düşünəcəyəm. Dağ, yaxud yol məni çağıracaq, bilmirəm. Amma nəsə hərəkət, addım olacaq. Çünki mənim üçün hərəkət həyatdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər