top
Everest və Lhotse zirvələrini fəth edən Vəfa Musayevanın QƏHRƏMANLIQ DASTANI Idman.biz
19 may 2025, 15:43
- ↺ +

Everest və Lhotse zirvələrini fəth edən Vəfa Musayevanın QƏHRƏMANLIQ DASTANI

Azərbaycan alpinizm tarixinə yeni parlaq səhifə yazılıb. Ən son salnamənin müəllifi planetin ən yüksək nöqtəsi - Everesti (8849 metr) fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayevadır.

İdman.biz xəbər verir ki, məşhur zirvəni fəth etdikdən bir neçə gün sonra o, daha bir yüksəkliyə - Lhotseyə (8516) qalxıb.

Sıldırım zirvələrə hər yüksəliş özü-özlüyündə qəhrəmanlıq və şücaət dastanıdır. Ən yüksək zirvələr çoxdan fatehləri özünə cəlb edir, zehinləri həyəcanlandırır, cəsarətlilər isə dağlara meydan oxuyur. Ancaq qadın alpinistlərin Everestə qalxması tamamilə cəsarəti ilə valehediciliyi baxımından ayrı bir hekayədir.

İlk belə addım 1975-ci il mayın 16-da yapon qadın Junko Tabei tərəfindən atılıb. Və on gündən sonra (27 may) Tibet nümayəndəsi Pxantoq planetin ən hündür dağına qalxıb. Ümumiyyətlə, əfsanəvi qadın alpinistlər müxtəlif illərdə Everesti fəth ediblər. Onların arasında məşhur zirvəyə qalxan dünyada üçüncü qadın Vanda Rutkieviç olub.

Əlbəttə ki, bu cür yüksəlişlər həyat üçün təhlükəli, ən böyük risk kimi əlaqələndirilir. Məsələn, 2015-ci ildə Nepalda baş verən fəlakətli zəlzələlər Everest dağının yamaclarından güclü qar uçqunlarının düşməsinə səbəb oldu. Qar uçqunları Cənub Baza Düşərgəsində ən azı 19 nəfərin həyatına son qoydu və qurulmuş dırmanma marşrutlarını məhv etdi. Bu, Comolunqma dağına dırmaşma tarixində ən ölümcül il oldu və bundan əlavə, yaz dırmanma mövsümündə bir nəfər də olsun zirvəyə çatmadı - 41 ildə ilk dəfə.

Vəfa Musayeva Azərbaycandan Everesti ilk fəth edən qadın kimi tarixə düşərək əsl şücaət göstərdi. Bu mənada məşhur alpinist İsrafil Aşurlının dediyi sözlər rəmzi məna daşıyır: "Mən çox istərdim ki, Everesti fəth edən azərbaycanlı alpinistlərin sayı onlarla olsun. Vətəndaşlığa görə hesablasaq, 2007-ci ildə Everestə birinci mən çıxdım, sonra 2019-cu ildə Vadim Vokryaçko. Əgər etnik baxımdan yanaşsaq, 2013-cü ildə başqa ölkənin vətəndaşı olan əmim oğlu Murad Aşurlı, həmçinin ukraynalı Elmira Aslanova Everesti fəth edib".

Beləliklə, bu ilin may ayında Vəfa Musayeva zirvəyə qalxaraq tarixi nailiyyətə imza atdı. Üstəlik, bu xəbəri ilk çatdıran müxtəlif marşrutlarla Everesti on dəfə fəth edərək öz dünya rekordunu qıran, Nepal təmsilçisi əfsanəvi Lekpa Şerpa oldu.

Azərbaycan alpinistinin bununla da dayanmaması və 7900-8000 metr hündürlükdə yerləşən düşərgəyə enərək daha bir zirvəni - Lhotseni (8516) fəth etmək qərarına gəlməsi də təqdirəlayiqdir. Bu, Çin və Nepal sərhədində yerləşən və səkkiz min metrdən yuxarı olan dünyanın dördüncü ən yüksək zirvəsidir. Dağ Everestdən üç kilometr cənubda yerləşir və onunla bir massiv təşkil edir.

Vəfa yoxuşu təhlükəsiz edib və sonra təhlükəsiz şəkildə baza düşərgəsinə çatıb. Özünün təbirincə desək: "Mən bir mövsümdə həm Everest, həm də Lhotse zirvəsinə qalxmaq istəyirdim. Xoşbəxtlikdən, bacardım".

Ekspedisiyanın ondan nə qədər enerji aldığını, bütün maneələri dəf edib zirvəyə çatmaq üçün nə qədər cəsarət və güc tələb etdiyini söyləməyə ehtiyac yoxdur. Və bu nailiyyətlər, şübhəsiz ki, Vəfanı yeni yüksəlişlərə ruhlandıracaq. Bir sözlə, o, dağlarda qəhrəmanlığın ruhlandırıcı hekayəsini yazıb.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər