Məşhur ixtiraçı və sahibkar İlon Maskın atası, mühəndis və iş adamı Errol Mask Kontinental Hokkey Liqasının (KHL) səviyyəsi barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Errol Maskın sözlərinə görə, KHL-də oyun səviyyəsi çox yüksəkdir və bu baxımdan liqanı Şimali Amerikanın əsas turniri olan NHL ilə müqayisə etmək olar.
O, iştirak etdiyi "Ak Bars" – "Admiral" qarşılaşmasını son dərəcə dinamik və maraqlı adlandırıb.
Mask oktyabrın 25-də Kazanda keçirilən KHL matçını izləyib. O, "Ak Bars" klubunu dəstəkləyib. Tribunada komandanın şərfini taxaraq "bars"ın vurduğu qollara emosional şəkildə sevinib.
Qeyd edək ki, matç "Ak Bars"ın 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki,