top
Riad Rəfiyev: Hakimlərin ikili standartları yenidən oyunu poza bildi Sport24.az
Bu gün, 10:00
- ↺ +

Riad Rəfiyev: Hakimlərin ikili standartları yenidən oyunu poza bildi

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Sabah"la oyundan sonra Sport24.az-a müsahibə verib. Kub prezidenti hakimlikdən narazı qaldığını, ədalət təmsilçilərinin işinin öhdəsindən gəlmədiyini bildirib.

 

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bölüşərdiz. Bu gün komanda ağır məğlubiyyətlə üzləşdi...
- Matçla bağlı deyiləsi çox söz yoxdur. Təəssüflər olsun ki, hakimin bir qərarı bütün oyunu alt-üst etdi. Baxmayaraq ki, həftənin beşinci, iş günü idi, stadiona kifayət qədər azarkeş gəlmişdi. Komandaya dəstək olmaq üçün tribunaya gələn hər kəsə təşəkkür edirəm. Çox yaxşı futbol bayramı, maraqlı oyun ola bilərdi və elə də olacaqdı. Amma təəssüf ki, hakimin bir qərarı hər şeyi dəyişdi.

 

- Sözlərinizdən belə çıxır ki,  hakimin futbolçunuzu meydandan qovması oyunun nəticəsinə birbaşa təsir etdi?
- Bəli, oyunun nəticəsinə təsir etdi. İlk sarı vərəqə ilə razıyam. Lukas Blekə göstərilən ilk "sarı" düzgün idi. Amma ikinci sarı vərəqə, fikrimcə, çox sərt qərar oldu. Bəlkə də sarı vərəqə var idi, amma təcrübəli hakim ən azı futbolçunu yanına çağırıb xəbərdarlıq edə bilərdi. Deyərdi ki, bir də belə hərəkət etsən, ikinci sarı vərəqəni göstərəcəyəm.
Oyunun 30-cu dəqiqəsidir, futbolçu cəmi iki qayda pozuntusu edib və hər ikisinə sarı vərəqə göstərilir. Əgər qaydaları bu qədər ciddi tətbiq ediriksə, bəs rəqib futbolçusu bizim oyunçunu bir neçə dəfə arxadan dartanda niyə sarı vərəqə verilmədi? Rəqibin oyunçusu dördüncü və yan xətt hakiminə qarşı aqressiv davrananda, onlara nəsə deyəndə niyə sarı vərəqə ilə cəzalandırılmadı? Bunlar hamısı suallardır. Təəssüf ki, yenə də ikili standartlarla üzləşirik. Amma neyləyək?

 

- Necə düşünürsüz, hakimlər bu mövsüm "Sumqayıt"a qarşı çox haqsızlıq edir? 
- Gəlin, belə deməyək. Hakim gəncdir. İstəmirəm ki, bu barədə çox sərt danışım. Bəlkə də qərar təcrübəsizlikdən irəli gəlir. Amma mənə görə, ikinci sarı vərəqəni göstərməkdə çox tələsdi. Futbolçumuz cəmi iki dəfə qayda pozuntusuna yol vermişdi və hər ikisinə sarı vərəqə göstərilməsi, fikrimcə, çox ağır cəza idi.

 

- Digər oyunlarda da belə epizodlara görə bu qədər tez sarı vərəqə göstəril?
- Məncə, başqa oyunlarda belə hallarda bu qədər tez və asanlıqla sarı vərəqə göstərilmir.

 

- Hakimliklə bağlı şikayət etməyi düşünürsüz? 
- Onsuz da Hakimlər Komitəsinin sədri açıqlama verəcək və yenə deyəcək ki, hər şey qaydasındadır, heç bir problem yoxdur. Amma biz bu gün görürük ki, çempionatda ikili standartlar həddindən artıq çoxdur. Söhbət təkcə bugünkü oyundan getmir. Bəzi matçlarda, müəyyən epizodlarda sarı və qırmızı vərəqələr göstərilir, amma eyni vəziyyətlərdə başqa komandaların oyunlarında belə qərarlar verilmir. Ona görə də nə deyək?

 

- Komanda artıq ardıcıl üç oyundur qələbə qazana bilmir. Sanki, "Sumqayıt"ın üzərində psixoloji təzyiq var...
- Əlbəttə, var.

 

- Son günlər mətbuatda yayılan xəbərlərə görə, "İmişli" ilə oyundan sonra nəticədən narazı qaldığınız üçün baş məşqçi və komanda ilə ciddi söhbət etmisiz...
- Bu, komandanın daxili məsələsidir. Hazırda bu barədə danışmaq istəməzdim.

 

- Cari mövsümdə "Sumqayıt"ın qarşısına hansı məqsəd qoyulub?
- Komandanın qarşısında həmişə olduğu kimi çempionatı mümkün qədər yüksək pillələrdə başa vurmaq məqsədi dayanır.

 

- Bu oyunla bağlı baş məşqçiyə qarşı hər hansı iradınız var?
- Yenə də deyirəm, qırmızı vərəqəyə qədər bərabər səviyyəli oyun gedirdi. Düşünmürəm ki, futbolçumuzun qırmızı vərəqə almasına görə baş məşqçinin günahı var. İlk epizodda futbolçumuza göstərilən sarı vərəqə ilə razıyam. Amma bu, mənim şəxsi fikrimdir, hakim ikinci sarı vərəqəni göstərməkdə çox tələsdi. Ən azı xəbərdarlıq edə bilərdi. Başqa oyunlarda da belə xəbərdarlıqlar edilir.

 

- Qış fasiləsinə təxminən bir aydan bir qədər çox vaxt qalıb. Komandanı gücləndirmək, yeni transferlər etmək planınız var?
- Bildiyiniz kimi, mövsüm başlayandan üç futbolçumuzu altı aydan çox müddətə itirmişik. Bunlardan biri qapıçımızdır, digəri Səbuhi Abdullazadədir. Hücumçumuz Jeam Oliveyra da ciddi zədə alıb və artıq onun üçün mövsüm başa çatıb. Bu futbolçularımızdan məhrum olmuşuq. Ona görə də qış fasiləsində komandaya yeni oyunçular cəlb etməliyik.

 

– Qış təlim-məşq toplanışını harda keçirməyi planlaşdırırsız? Xaricdə, yoxsa Azərbaycanda?
– Bununla bağlı hələ qərar verilməyib. 


Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:01

Zəngəzur UEFA Regionlar Kubokunda Polşanın Dolnoşlyonski komandası ilə ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:48

UEFA İntizam Komitəsi Andorra-Azərbaycan matçında Bədavi Hüseynovun qeydə alınmaması üzrə araşdırma başladı

Futbol
Bu gün, 09:36

Derbilər, liderlər sınağı və Borussiyaların döyüşü

Basketbol
Bu gün, 09:34

Azərbaycan Basketbol Liqasında I turunda təxirə salınmış oyun bu gün başlayacaq

Futbol
Bu gün, 09:25

Mançester Siti 2 Milyard Dollar Krediti İmtina Edildi – Maliyyə Rüsumları Gələcəyini Təhlükə Altına Alır

Futbol
Bu gün, 09:20

Tom Breydi Chelsea səhmlərini alıb

Futbol
Bu gün, 09:05

Zidane İspaniya ilə çeyrek final qarşılaşması haqqında danışdı: “Bu, revanş deyil”

Futbol
Bu gün, 09:00

Şəfa ilə Qəbələ Sumqayıtda üz-üzə gəlir

Futbol
Bu gün, 08:40

Manchester United‑un yeni baş məşqçisi Mauricio Pochettino: Gündə yalnız üç‑dörd saat yatıram

Futbol
Bu gün, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib;

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Oxşar xəbərlər