top
Elçin Camallı: Avropa çempionatında qələbəyə yüksək səviyyədə hazırlaşmışdıq Idman.biz
10 iyun 2025, 13:32
- ↺ +

Elçin Camallı: Avropa çempionatında qələbəyə yüksək səviyyədə hazırlaşmışdıq

"Çempionata yüksək səviyyədə hazırlaşmışdıq".

Bunu İdman.biz-ə çövkən üzrə Azərbaycan millisinin üzvü Elçin Camallı deyib.

Kapitan Polşada keçirilən Avropa çempionatında komandanın çıxışını dəyərləndirib. O bildirib ki, mübarizə gərgin və maraqlı keçib: "Azərbaycandan kənarda iştirak etdiyimiz ilk rəsmi Avropa çempionatı idi. Yarışda altı komanda iştirak edirdi. Bütün oyunlar gərgin mübarizə şəraitində keçsə də, finalda Malta ilə oyunu xüsusilə fərqləndirərdim. Həlledici qarşılaşma son oyun olduğu üçün hər kəs bütün gücünü qoyub qalib gəlmək istəyir. Rəqib çox hazırlıqlı gəlmişdi. Buna baxmayaraq, qalib tərəf biz olduq".

Camallı ölkədaxili yarışların davamlı olaraq keçirilməsinin milli komandanın uğurlarında mühüm rol oynadığını qeyd edib: "Komandada əhval-ruhiyyə yaxşı idi. Ölkədə peşəkar liqada hər həftə yarışlarımız olduğuna görə, klublardakı ən güclü idmançıları toplaya bilmişdik. Ümumiyyətlə, ölkədə keçirilən çövkən yarışları bizim çıxışımıza müsbət mənada çox təsir etdi. Hazırda daxili çempionat davam edir. Sentyabrda polo üzrə Avropa çempionatı gözlənilir. Bu yaxınlarda bir sıra beynəlxalq yarışlarda da iştirak etməyi planlayırıq. Hədəflərimiz yüksəkdir".

Qeyd edək ki, Avropa çempionatında 6 ölkə - Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib. Final oyununda yığmamız Maltaya 6:2 hesabı ilə qalib gəlib. Tarixi nəticə ilə yadda qalan Azərbaycan millisi ilk dəfə Avropa çempionu olub.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Neftçi baş məşqçisi Yuri Vernidub İqor Ribeyrodun ikitərəfli görüş təklifini rədd etdi

Futbol
Bu gün, 13:00

Seyxan Fərəcov: '0:2-dən geridönüş edərək heç-heçə etmək möhkəm iradə tələb edir'

Futbol
Bu gün, 12:56

Emin Mahmudovun fotosu Nyu-Yorkun Times Square meydanında böyük ekranda nümayiş etdirildi

Futbol
Bu gün, 12:41

"Bavariya" rəsmisi Rummenigge Musiala əvvəlki formasına qayıtmasa maaşının azaldıla biləcəyini bildirib

Digər
Bu gün, 12:30

10 ölkə İnfantinoya dəstək verdi;

Futbol
Bu gün, 12:30

Kriştiano Ronaldo karyerasında 38-ci penaltini qol çevirə bilməyib

Digər
Bu gün, 12:30

“Azarkeşlərin dəstəyi çətin anlarda bizə güc verir”

Digər
Bu gün, 12:26

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazanır: 'Xəsarətim ciddi olmasaydı, qızıl medalı əldə edərdim'

Digər
Bu gün, 12:20

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Futbol
Bu gün, 12:12

Tom Bredi "Çelsi"nin investoru oldu

Futbol
Bu gün, 12:00

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

Azərbaycan millisinin futbolçusu Lorenso Mezzotero İtaliya klubu Sampdoriya ilə müqaviləsini uzadı

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Boks
Bu gün, 11:40

Emil Musayev Almaniyada keçirilən "AFC 5" turnirində Migel Medina ilə qarşılaşacaq

Digər
Bu gün, 11:38

Mezzotero: “Bu, yalnız başlanğıcdır”

Digər
Bu gün, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Futbol
Bu gün, 11:20

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

Oxşar xəbərlər