top
Daniel Cecetka: Flame Towersdə şaquli qaçış yarışı böyük maraq doğuracaq Idman.biz
07 iyul 2025, 18:21
- ↺ +

Daniel Cecetka: "Flame Towers"də şaquli qaçış yarışı böyük maraq doğuracaq

"Şaquli qaçışın öz ulduzları var və "Alov Qüllələri"ndə yarış böyük maraq doğuracaq".

Bunu İdman.biz-ə açıqlamasında Bakıda səfərdə olan Dünya Şaquli Qaçış Assosiasiyasının (TWA) prezidenti Daniel Cecetka deyib.

O, Azərbaycana səfəri çoxdan planlaşdırdığını bildirib: "Nəhayət, mən Bakıya gəlib bir çox maraqlı layihələri müzakirə edə bildim. Gənclər və idman naziri Fərid Qayıbov, "Triterra" klubunun təsisçisi Rüfət Həsənovla söhbət, birgə layihələri müzakirə etmək maraqlı oldu. Biz rəsmi olaraq elan edə bilərik ki, "Flame Towers" sentyabrın 27-də şaquli qaçış turnirinə ev sahibliyi edəcək".

TWA prezidentinin sözlərinə görə, bu tirnir çoxsaylı idman həvəskarlarını cəlb edəcək: "Azərbaycan - yeni yer və yeni yarış. Bura gəlmək, Bakı və "Alov Qüllələri"ni görmək imkanı maraq doğurur. Düşünürəm ki, turnirdə yüzlərlə şaquli qaçış ustası iştirak edə bilər, onlar üçün bu, yeni çağırış olacaq".

O əlavə edib ki, şaquli qaçışın öz pərəstişkarları və ulduzları var: "Bizim təqvimimizdə hündürmərtəbəli binalarda qaçmaqdan daha çoxunu əhatə edən çoxlu tədbirlər, reytinq var. Yaponiya, Avstraliya, İndoneziya və bir çox başqa ölkələrdən öz ulduzlarımız var. Eyni zamanda, təqvimi genişləndirmək, yeni yerlər axtarmaq üzərində işləyirik. Daimi prosesdəyik".

Cecetka Azərbaycanda şaquli qaçışdan danışaraq "Triterra" klubunun üç il ardıcıl olaraq "Çinar Plaza" biznes mərkəzində keçirdiyi yarışı xatırladıb: "Biz təkcə böyük tədbirləri deyil, həm də qısa tarixə malik, lakin populyarlıq qazanan hadisələri də izləyirik. Bu mənada ideyanı həyata keçirən "Triterra"nın nümunəsi göstəricidir. Düşünürəm ki, qarşıda bir sıra birgə layihələrimiz olacaq".

Qrum rəsmisi yaxın vaxtlarda yenidən Bakıya səfər edəcəyini vurğulaytıb: "Sabah gedirəm, amma sentyabrda mütləq "Flame Towers" turnirinə gələcəm. Aktiv şəkildə şaquli qaçışla məşğul olmağa çalışıram. Lakin təşkilatın prezidenti kimi bu, əlavə məsuliyyətdir. Bundan əlavə, hər bir yarış ciddi hazırlıq tələb edir. Azərbaycanda gördüklərim ən xoş təəssürat yaratdı. Bakıda yenidən görüşənədək".

Qeyd edək ki, bu gün gənclər və idman naziri Fərid Qayıbov TWA prezidenti Daniel Cecetkanı qəbul edib.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Oxşar xəbərlər