top
Bakıda Parabadminton üzrə Dünya Badminton Federasiyasının Texniki Seminarı Başlayıb Idman.biz
17 noyabr 2025, 15:31
- ↺ +

Bakıda Parabadminton üzrə Dünya Badminton Federasiyasının Texniki Seminarı Başlayıb

Milli Gimnastika Arenasında Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə texniki seminarına start verilib.

İdman.Biz xəbər verir ki, 19 noyabra qədər davam edəcək beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə - o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edir.

Seminar Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Gənclər və İdman Nazirliyi (GİN), Milli Paralimpiya Komitəsi (ARMPK), Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (Badminton Europe) və Azərbaycan Badminton Federasiyasının birgə dəstəyi ilə təşkil olunub. Üç gün ərzində parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçiriləcək.

Açılış mərasimində çıxış edən Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov və Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirakçıları salamlayaraq seminarın ölkəmizdə təşkilinin əhəmiyyətini vurğuladılar, bu təşəbbüsə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.

Seminarın keçirilməsində məqsəd milli badminton federasiyaları və paralimpiya qurumlarını bir araya gətirərək bu sahə üzrə bilik və təcrübə mübadiləsini genişləndirmək, fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyasını təşviq etməkdir. İştirakçılar qarşıdakı 3 gün ərzində müasir yanaşmalar, yeni qaydalar və məşq metodikaları ilə tanış olacaqlar.

Azərbaycan son illərdə bir sıra beynəlxalq badminton tədbirlərinə ev sahibliyi etməklə regionda bu idman növü üzrə badminton mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Bu seminar da inklüziv idmanın və para badmintonun inkişafına töhfə vermək məqsədi daşıyır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Oxşar xəbərlər