top
Bakıda “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub Report.az
02 aprel 2025, 17:30
- ↺ +

Bakıda “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) "Gimnastika hamı üçün" kollokviumunun açılış mərasimi olub.

"Report" xəbər verir ki, kollokvium Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə UNESCO-nun himayədarlığı altında həyata keçirilir.

Üç gün davam edəcək tədbirdə beynəlxalq ekspertlər, məşqçilər və gimnastika həvəskarları bir araya gələrək təcrübə mübadiləsi aparacaq, müasir inkişaf strategiyalarını müzakirə edəcəklər. Tədbir idmanın cəmiyyətə inteqrasiyası, sağlam həyat tərzinin təbliği və gimnastikanın daha geniş auditoriya üçün əlçatan olması kimi mövzulara diqqət yetirəcək. 39 ölkədən 52 nümayəndənin iştirak etdiyi tədbir bu növ üzrə ölkəmizdə keçirilən ilk kollokviumdur.

Kollokviumun açılışında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda 2013-ci ildən etibarən inkişaf etdirilən bu növün hazırda Bakıda və regionlarda sürətlə yayıldığını, keçirilən "Challange" tədbirlərini xüsusi vurğulayıb. Həmçinin nazir kollokvium çərçivəsində ölkəmizə səfər edən FIG-in "Gimnastika hamı üçün" növü üzrə komitə sədri Roqerio Valerio ilə görüş zamanı gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsini müzakirə edib.

Açılış mərasimində çıxış edən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Seymur Fətəliyev gimnastikanın inklüziv və əhatəli inkişafının vacibliyini vurğulayıb. Bu tədbirin təşkil edilməsinin gimnastikanın daha geniş kütlələrə yayılmasına və sağlam həyat tərzinin təşviqinə geniş imkanlar açdığını bildirib. Həmçinin o, bu kollokvium çərçivəsində aparılan müzakirələrin və mübadilə edilən təcrübələrin gimnastikanın qlobal səviyyədə daha geniş yayılmasına və idmanın hər kəs üçün əlçatan olmasına mühüm töhfə verdiyini, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının hər zaman idmanın inkişafı ilə bağlı layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.

AGF-nin baş katibi Fatimə Şəfizadə də çıxışı zamanı kollokvium müddətində keçiriləcək seminarların və müzakirələrin bu gimnastika növünün gələcək inkişafı üçün vacibliyini vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər