Azərbaycanın idman tarixində yeni bir səhifə açılır.
İdman.Biz xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2026-cı il mayın 3-də Bakı marafonu çərçivəsində "Küləyə qalib gəl" şüarı altında minlərlə qaçışsevər ilk dəfə olaraq tam marafon məsafəsi – 42 kilometrlik qaçış yarışı keçiriləcək.
Gənclər və idman naziri Fərid Qayıbovun da fəxri iştirakçılar arasında olacağı bu tarixi idman hadisəsi həm peşəkar atletlər, həm də qaçış həvəskarları üçün böyük maraq kəsb edir.
Bu yarış həm dözümlülük, həm də iradənin sınağı olmaqla yanaşı, ölkədə sağlam həyat tərzinin təbliği istiqamətində atılan ən böyük addımlardan biri hesab olunur.
Qeyd edək ki, marafon mayın 3-də, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. Finiş nöqtəsi Sea Breeze-dir.