top
Bakı Marafonu 2026 başladı: 25 min iştirakçı qələbə uğrunda mübarizəyə qoşuldu Lent.az
03 may 2026, 11:05
- ↺ +

"Bakı Marafonu 2026" başladı: 25 min iştirakçı qələbə uğrunda mübarizəyə qoşuldu

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşulub

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2026" təşkil edilib. İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, doqquzuncu dəfədir təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.
Builki marafon yeniliklərlə yadda qalıb. "Bakı Marafonu 2026" əvvəlkilərdən həm məsafə, həm də marşrutu baxımından fərqlənib.

Marafon ötən illərdə olduğu kimi Dövlət Bayrağı Meydanından start götürsə də, bu dəfə finiş xətti daha iddialı olub – marşrut Sea Breeze ərazisinə qədər uzanıb.

Finiş nöqtəsindən əlavə marşrut üzrə 10 km və 21 km aralıq finiş nöqtələri də müəyyən edilib: 10 km məsafənin finişi Yusif Səfərov küçəsində yerləşən "Sevgi" parkında, 21 km isə Böyükşor gölünü keçdikdən sonrakı ərazidə olub.

Bakı Marafonunun marşrutu:

Dövlət Bayrağı Meydanı → Dənizkənarı Bulvar → Bakı Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ Şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev prospekti → Baku Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → Sea Breeze

"Bakı Marafonu 2026"-nın daha bir özəlliyi əyləncənin miqyasında hiss olunub. Təşkilatçılar yarışın iştirakçı və tamaşaçılarında həm də gözəl əhval-ruhiyyə yaratmağa çalışıb. Start nöqtəsində Xəzər dənizində Azərbaycan Su İdmanı növləri Federasiyası tərəfindən yelkənli qayıqların nümayişi təşkil olunub, start xəttinin üzərindən paraplan keçib, çəlpələnglər uçurdulub.

Dövlət Bayrağı Meydanında əyləncə fəaliyyətləri, atletlər üçün isinmə zonası, gün ərzində müxtəlif idman federasiyalarının təşəbbüsü ilə kiçik miqyaslı idman oyunları (voleybol, basketbol, qolf, kapuero, badminton) təşkil edilib. Böyük səhnədə səhər saatlarından axşamadək sevilən sənətçilərin iştirakı ilə konsert proqramı təqdim olunub.

"Qaçmasan da əyləncəni qaçırtma" şüarı ilə təşkil edilən konsertdə məşhur müğənnilər, musiqi qruplarının ifaları səslənib. Marafonun əhatə edəcəyi marşrut boyunca iştirakçıları ruhlandırmaq üçün müxtəlif motivasiya və əyləncə zonaları, DJ çıxışları, həmçinin su, qida və ilk tibbi yardım məntəqələri qarşılayıb.

Marafonun finiş nöqtəsində də səhər saatlarından etibarən idmançılara və ziyarətçilərə əyləncə və konsert proqramı təqdim edilib.
Finiş nöqtəsi olan Sea Breeze-də Bakı Marafonunun mükafatlandırma mərasimi də keçirilib.
42 kilometr məsafəni qət edən ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunub.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim edilib.

Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar verilib. Daha qısa məsafə üzrə də mükafatlar təqdim edilib. 21 km yarımarafon məsafəni qət edən ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunub.

Bundan başqa, finişə ilk çatan qız və oğlan tələbə, finiş xəttini keçən ilk korporativ qadın və kişi iştirakçı, finiş xəttini keçən ilk ən yaşlı qadın və kişi iştirakçılar mükafatlandırılıb.

Start zonasında olanlar da qaliblərin finişə çatması və mükafatlandırılma mərasimini canlı bağlantılar vasitəsilə izləyə bilib.
"Bakı Marafonu 2026" "Azercell Telecom" MMC-nin eksklüziv sponsorluğu, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Şəhər Halqası, TAN-ın(Turkic Alliance of Long Runs) tərəfdaşlığı, Sea Breeze, SOCAR, PASHA Holding-in baş sponsorluğu, Nazar Holdings, BI Group, Azərlotereya, Xırdalan 0.0, Go Sport, Badamlı, Liv Bona Dea-nın sponsorluğu, McDonalds-ın dəstəyi ilə təşkil olunub. Marafonun əyləncə proqramının media tərəfdaşı Xəzər TV, Araz FM, Xəzər FM və Azərbaycan Televiziyası – AzTV-dır.

 

***

10:20

Paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start verilib.

Lent.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışırlar.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Dövlət Bayrağı Meydanında yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.


***

10:08

Bir qədər sonra paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start veriləcək.

Lent.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışır.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
25 sentyabr 2026, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
25 sentyabr 2026, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Oxşar xəbərlər