top
Azərbaycanın iki badmintonçusu ilk dəfə dünya reytinqində 100-lükdə qərarlaşıb Report.az
06 fevral 2025, 10:49
- ↺ +

Azərbaycanın iki badmintonçusu ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.

Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Siyahını Dünya Badminton Federasiyası (BWF) açıqlayıb.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc idmançı Ülvi Hüseynov reytinq sıralamasında 63-cü pilləyə yüksəlib. O, son olaraq İran İslam Respublikasında və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə çatdırıb.

Digər gənc təmsilçimiz Həcər Nuriyeva isə 2023 və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci sıradadır. Sonuncu dəfə isə 2025-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı mütəmadi olaraq Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

Qeyd edək ki, yerli idmançıların dünyanın "Top-100" badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi;

Digər
Bu gün, 17:30

Qətərdə 90 km uzun məsafəli ultra marafon

Futbol
Bu gün, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Voleybol
Bu gün, 17:27

Varqas tullanışından yaranan əmtəə nişanı mübahisəsi

Tennis
Bu gün, 17:20

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokunun qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 17:20

Premyer Liqa hakimləri Leni Yoronun qırmızı vərəqəsinin ləğv olunması qərarına etiraz edir

Digər
Bu gün, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Güləş
Bu gün, 17:07

Giorgi Meşvildişvili Hindistan Peşəkar Güləş Liqasının əsas transfer hədəfinə çevrilib

Futbol
Bu gün, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Futbol
Bu gün, 17:00

Kəpəz"də Verdaska 11 həftədir meydanda yoxdur – 6 həftəlik zədəniyyət niyə uzanıb?

Futbol
Bu gün, 17:00

Ayxan Abbasovun səhvləri var, amma futbolumuzun bütün günahını onun üzərinə atmaq yanlışdır

Futbol
Bu gün, 16:56

Oliver Kan Musialanın vəziyyətini Bavariya rəhbərliyinin tənqidini bildirib

Futbol
Bu gün, 16:53

"Slaviya" Çempionlar Liqasında 24 oyundur qələbə qazana bilməyərək antirekorda imza atıb

Futbol
Bu gün, 16:51

CIES 23 yaşadək futbolçular reytinqini açıqladı: lider İspaniya

Futbol
Bu gün, 16:51

MHK: Qalatasarayın "Samsunspor"a vurduğu qol ofsayd olduğuna görə sayılmamalı idi

Futbol
Bu gün, 16:50

Fənərbağça

Futbol
Bu gün, 16:50

Rednapp "Çelsi"yə Van Deyki transfer etməyi məsləhət görü

Futbol
Bu gün, 16:49

Sabah

Futbol
Bu gün, 16:43

Mançester Siti

Futbol
Bu gün, 16:43

“Liverpul” Konate‑i “Bayer 04”dən 60 milyon avroya geri qaytara bilər

Digər
Bu gün, 16:41

FIFA kiberhücuma məruz qaldı – 12 GB-dan çox məlumat ələ keçirildi

Futbol
Bu gün, 16:40

Sneyder Ramosun 2010 Dünya çempionatı formasını 65 126 avroya hərraca çıxarıb

Futbol
Bu gün, 16:40

"Brügge" "Arsenal"ın hədəfindəki Borqesi-ni satmayacağını bəyan edib

Futbol
Bu gün, 16:40

"Sabah"ın "Barselona"ma qarşı cəsur oyunu alqışlanır, lakin "Match TV" hörmətsiz münasibət nümayiş etdirib

Oxşar xəbərlər