top
Azərbaycan yeniyetmə badmintonçuları Serbian Youth International - Novi Sad 2025 turnirində qızıl və bürünc medal qazanıblar Report.az
22 iyun 2025, 22:20
- ↺ +

Azərbaycan yeniyetmə badmintonçuları "Serbian Youth International - Novi Sad 2025" turnirində qızıl və bürünc medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları "Serbian Youth International - Novi Sad 2025" beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, 27 ölkənin təmsil olunduğu turnirdə 13 yaşlı idmançılar arasında "G" qrupunda təmsil olunan təmsilçimiz Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib.

Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi turnirin qızıl medalını qazanıb.

15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Onlar finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar.

Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olublar.

13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzublar.

Qeyd edək ki, üç gün ərzində baş tutan turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb. Bundan başqa, badmintonçularımız hər il Novi Sad şəhərində keçirilən "Serbian Youth International" turnirində mütəmadi olaraq iştirak edirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Bu gün, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Bu gün, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Oxşar xəbərlər